Marneulinin iki uşaq bağçasında Avropa İttifaqının maliyyə dəstəyi ilə ayaqyolu təmir olunub
Avropa İttifaqının dəstəyi ilə Tamarisi və Tsereteli kəndlərinin uşaq bağçalarında ayaqyolu təmir olunub. Sıradan çıxmış əl-üz yuyan və unitazlar yeni, müasir tipli inventarla əvəz olunub, əl yuduqdan sonra qurutmaq üçün cihazlar quraşdırılıb və kranlardan ilk dəfə isti su gəlib. Uşaq bağçasının pedaqoqları bu problemlər haqda arıq keçmiş kimi danışa bilərlər.



Unitaz və əl-üz yuyanların uşaqların yaşına görə nəzərdə tutulmaması üzündən özləri də çıxış yolu axtarırdı.

“Təsəvvür edin taxtadan qablar gətirirdik və ondan istifadə edirdik, ya dayə, ya pedaqoqlar uşağa kömək edirdi və çox əziyyət çəkirdik. İndi heç müqayisə də olunmaz. İndi hər şey çox praktiki və uşaqlar da sevinir”, – Tseretli uşaq bağçasını rəhbəri Diana Çoxonelidze deyir.

“Bəziləri (uşaqlar) unitazda oturmurdu və küp qablar gətirirdik və bu qablara da başqa cür qulluq lazım idi. Sonra soyuq su ilə qab yumalı olurduq. İndi şərait daha yaxşıdır. Bizim körpələrin isti suyu var və unitazlar onların boyuna uyğundur”, - Tamarisi uşaq bağçasının pedaqoqu Tamila Qiqauri deyir.



Qeyd olunan uşaq bağçaları qrant müsabiqəsi çərçivəsində Marneuli bələdiyyəsinin müxtəlif müəssisələri və bələdiyyə nəzdində olan “WASH Şurası” tərəfindən yazılmış üç layihə vasitəsilə maliyyələşdirilib. “Kasıblığı aradan qaldırmaq üçün su” layihəsini Marneuli və digər bələdiyyələrdə Qafqaz Ekoloji Qeyri-hökumət Təşkilatları Şəbəkəsi (CENN) həyata keçirir. Bu gün, 23 yanvarda Marneulinin Uşaq Bağçaları Birliyinin rəhbəri, “WASH Şurası”nın üzvləri və CENN-nin nümayəndələri uşaq bağçalarına baxış keçiriblər.



“Tamamilə təchiz edildi, qaydaya salındı, su sistemi, isti və soyuq su boruları dəyişdirildi. Uşaqlar üçün uyğun əl-üz yuyanlar, yuduqdan sonra əl qurudan cihazlar və unitazlar quraşdırıldı. İndiyə qədər bunlar yox idi və bu baxımdan vəziyyət çətin idi. Pedaqoq və dayələr uşaqları bir-bir ayaqyoluna aparmalı və diqqət yetirməli olurdular. İndi buna ehtiyac yoxdur. Bu proses artıq başa çatdı, bundan sonra su, sanitariya və gigiyena istiqamətində uşaqların məlumatlandırılmasını nəzərdə tutan proses başlayacaq”,-
CENN-nin Layihələr üzrə koordinatoru Marika Tsikoridze deyib və əlavə edib ki, Marneulidə məlumatlandırma kampaniyasını “WASH Şurası” həyata keçirəcək.

Tsereteli və Tamarisinin uşaq bağçalarında ayaqyolunun təmir olunması prosesinə eləcə də Marneuli Uşaq Bağçaları Birliyi fəal şəkildə qoşulub.



Xüsusi ehtiyacı olan uşaqlar üçün unitazların adaptasiya olunmasını isə yaxın dövrdə yerli özünüidarəetmə təmin edəcək.

Marneuli bələdiyyəsində cəmi 14 uşaq bağçası fəaliyyət göstərir. Onlardan yalnız 5 bağçada isti su var.



“WASH Şuralar” yeddi bələdiyyədə, həmçinin, Marneulidə 2017-ci ildən yaradılıb. 2019-cu ildə qrup yeniləndi və özünüidarə nümayəndələri, mətbuat, QHT üzvləri və fəal vətəndaşlardan təşkil olundu.

Qrant müsabiqəsinin məqsədi Gürcüstanın yeddi bələdiyyəsində (Dmanisi, Marneuli, Tetritskaro, Tsalka, Axmeta, Saqareco, Laqodexi) aztəminatlı və çoxmillətli icma əhalisinin sağlamlığının qorunması və yaşam şəraitlərinin yaxşılaşdırılmasına dəstək olmaqdır.

Layihə çərçivəsində yeddi bələdiyyədə cəmi altı təşəbbüs maliyyələşdirilib ki, hər birinin maksimum dəyəri 2000, minimum dəyəri isə 500 avro təşkil edir.

Print Email
FaceBook Twitter Google