Marneulidə Yeni il işıqlarına pul xərclənməyəcək
Bir neçə gündür Marneulinin Rustaveli küçəsində Yeni il işıqlandırmasının quraşdırılması işləri aparılır.

Meriyanın Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər ötən ilin resursları ilə bəzədiləcək və yeni avadanlıqlar alınmayacaq.

Yerli özünüidarə 2020-ci ilin qarşılanmasına 300 000 lariyə qədər pul xərcləmişdi.

Ötən il Yeni il bəzəklərinin alınması/qurulması və xidmət (montaj) üçün 247 000 lari, Yeni il tədbirlərinin təşkil edilməsinə isə 49 150 lari dəyərində tender elan edilmişdi.

Meriya epidemioloji vəziyyətə görə bu il Yeni il tədbirlərinin təşkil edilməsi üçün tender elan etməyəcək. Ötən il Yeni il işıqlarının quraşdırıldığı əsas yerlər

  • Fəvvarə və fəvvarənin ətrafındakı məkan
  • Mağalaşvili körpüsü
  • Rustaveli prospekti
  • Meriya binası və binanın ərazisi
  • Mədəniyyət Mərkəzi və park

"Marneuli" Radiosu

Print