Marneuli rayonunun 2021-ci ildə infrastruktur layihələrik həyata keçiriləcək kəndləri
Bu gün, 26 yanvar tarixində Marneuli Bələdiyyə Məclisi 2021-ci ilin büdcəsini təsdiqləyib.
Bələdiyyə Məclisinin iclasında Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, 2021-ci ilin büdcəsi 34 934 100 lari təşkil edir və ötən ilin büdcəsindən 6 200 000 lari artıqdır.

“Əməkhaqqı fondu 4 248 400 lari təşkil edir. Bilirsiniz ki, Gürcüstan hökumətinin sərəncamına əsasən bələdiyyədə yeddi infrastruktur layihəsinin həyata keçirilməsi üçün 5 051 193 milyon lari dəyərində pul ayrılmışdı.

Həmin layihələr bunlardır:


  • Marneulinin Yağlıca ərazisində yolların asfaltlaşdırılması – layihənin ümumi dəyəri 747 501 lari təşkil edir. Hökumət tərəfindən ayrılmış məbləğ 710 132 laridir.
  • Yuxarı Qullar kəndində su təchizatının bərpası – layihənin ümumi dəyəri 1 207 625 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 905 303 lari təşkil edir.
  • Aşağı Qullar kəndində su təchizatının bərpası – layihənin ümumi dəyəri 251 408 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 238 837 lari təşkil edir.
  • Xocorni kəndində su təchizatının bərpası – layihənin ümumi dəyəri 253 309 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 240 643 lari təşkil edir.
  • Qızılhacılı kəndində uşaq bağçasının bərpası – layihənin ümumi dəyəri 800 000 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 760 000 lari təşkil edir.
  • Marneuli 1 saylı uşaq bağçası binasının bərpası, tədbirlər üçün zalın və iki qrup üçün ayrılmış binanın tikintisi – layihənin ümumi dəyəri 1 363 00 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 1 294 111 lari təşkil edir.
  • Xocorni kəndinə gedən yola asfalt örtüyünün çəkilməsi – layihənin ümumi dəyəri 950 000 lari, hökumət tərəfindən ayrılmış vəsait isə 902 170 lari təşkil edir.

Marneuli meriyasının maliyyə-büdcə xidmətinin rəhbəri bildirdi ki, qeyd olunan layihələrin layihə-hesabat sənədləri meriyaya artıq verilib və layihələrin həyata keçirilməsi üçün 28 yanvar tarixindən tender elan olunacaq.

Hökumət tərəfindən qarşılıqlı maliyyələşdirmə ilə həyata keçiriləcək layihələrdən əlavə Marneulidə 2021-ci ilin büdcəsinə əsasən yerli hakimiyyət tərəfindən maliyyələşən layihələr də həyata keçiriləcək.

2021-ci ildə Marneuli bələdiyyəsində həyata keçiriləcək infrastruktur layihələrinin siyahısını təqdim edirik:

  • Algeti kəndində daxili içməli su şəbəkəsinin bərpası – 400 000 lari
  • Baytallı kəndində daxili içməli su şəbəkəsinin qurulması – 100 000 lari
  • Meriya binasının birinci mərtəbəsinin təmiri – 190 000 lari
  • Xutor-Lejbəddin kəndində içməli suyun bərpası – 100 000 lari
  • Dioqnisi kəndində daxili içməli su şəbəkəsinin qurulması – 100 000 lari
  • Şaumiani kəndində içməli suyun bərpası – 1 408 000 lari
  • Marneuli bələdiyyəsinin uşaq bağçalarında yanğına qarşı sistemin qurulması – 118 000 lari
  • Tamarisi kəndində bio təmizləyici tikililərin qurulması – 318 500 lari
  • Marneuli şəhərində Rustaveli küçəsində küçə işıqlarının bərpası – 123 000 lari
  • Qaçağan, Qızılhacılı, Keşəli, Yuxarı Saral, Axlı-Lələ, Sereteli kəndlərində mini futbol stadionunun tikilmsi – hər stadionun tikinti dəyəri 80 000 lari
  • Xixani kəndində mini stadionun bərpası – 40 000 lari
  • Saimerlo kəndində ayinlər evinin tikintisi – 612 000 lari
  • Meriya binasının həyətində yenidənqurma işləri – 156 000 lari
  • Sereteli kəndində suvarma kanallarının bərpası – 450 000 lari
  • Tamarisi kəndində suvarma kanallarının bərpası – 100 000 lari
  • Marneuli şəhərində binaların dam örtüyünün bərpası – 350 000 lari
  • Marneuli şəhərində Aslanov, Nərimanov, Algeti, Jordaniya, Nizami və Sulxan Saba küçələrində küçə işıqlarının qurulması – 90 000 lari
  • Tsop, Xuldərə, Şulaver və Kürtlər kəndində ictimai məktəbə gedən yola asflat qatının çəkilməsi – 658 000 lari
  • Opreti kəndində Mədəniyyət Evinin bərpası – 280 000 lari
  • Saimerlo kəndində daxili yollara asfalt qatının çəkilmsəi – 600 000 lari
  • Araflı kəndində daxili yollara asflat qatının çəkilmdəi – 600 000 lari
  • Hallavar kəndində daxili yollara asflat qatının çəkilmdəi – 125 000 lari
  • Marneuli şəhərində Qiorqadze küçəsi 3-də yerləşən korpus girişinin döşəməsinin, divarların və pilləkanın bərpa işləri – 30 000 lari
  • Marneuli şəhərinə hərbi şəhərçikdə 1 və 7 saylı korpus girişinin bərpası – 30 000 lari

Qeyd etmək lazımdır ki, büdcənin təsdiqlənməsini iki deputat, “Avropalı Gürücstan"-ın üzvü Əhməd İmamquliyev və “Milli Hərəkat”-ın üzvü Azad Kərimov dəstəkləməyib.

Print Email
FaceBook Twitter Google