İlia Universitetinin tələbələri onlayn rejimdə təhsilə davam edə biləcəklər

İlia Universitetinin qərarına görə, tələbələr yaz semestrində təhsilə onlayn rejimdə davam edə biləcəklər.



Universitet rəhbərliyi tərəfindən tələbələrə göndərilmiş məktuba görə, növbəti semestrdə kursların nəzəri hissəsi yenidən onlayn rejimdə baş tutacaq. Xüsusi praktiki kurslar/kurs komponentləri universitetin auditoriyalarında keçiriləcək.

Yaz semestrində təhsil forması ilə bağlı fikir müxtəlifliyi var. Tələbələrin bir qismi təhsilin onlayn rejimdə davam etməsini, digər qismi isə auditoriyalara qayıtmaq istəyir. Bu yaxın aylarda epidemioloji vəziyyətin necə olmasına bağlıdır.

İlia Universitetinin məqsədi odur ki, bütün maraqlanan tərəflərin mövqeyini elə nəzərə alsın ki, insan sağlamlığına təhlükə yaranmasın. Bununla yanaşı, dövlət tənzimləmələrini də nəzərdə saxlasın”,
– Universitet rəhbərliyinin bəyanatında yazılıb.

Universitetə qayıtmaq istəyən tələbələr əvvəlcədən hazırlanmış qaydalara uyğun olaraq universitetin kitabxanasının oxu zallarından və kompüter resurs-mrəkəzlərindən istifadə edə biləcəklər. Eləcə də təhsil ehtiyaclarından irəli gələrək və mühazirəçilərlə razılaşma əsasında universitetdə kiçik qrup formatında məsləhətləşmə görüşləri keçirə biləcəklər.

Xahiş edirik nəzərə alasınız ki, bu imkandan istifadə etmək üçün tələbələrə müvafiq proseduralardan keçmək və tələblərə riayət etmək (əvvəlcədən qeydiyyat olmaq, gigiyenik vasitələrdən istifadə və s.) lazım olacaq. Təhsil başlayana qədər biz həmin tələbələrin ətraflı siyahısını, həmçinin, elektron qeydiyyat formalarını sizə göndərəcəyik. Əgər siz universitetin fiziki resurslarından, oxu zallarından, kompüter resurs-mərkəzlərindən istifadə etmək istəsəniz, həmin formanı doldurmaq vacibdir”, – universitet rəhbərliyi tərəfindən tələbələrə yazılmış məktubda yazılıb.

İlia Universitetinin açıqlamasına görə, qeyd olunan ölçülər yüngülləşdirilə, yaxud sərtləşdirilə bilər. Bu isə universitetin vəziyyətinə, epidemioloji vəziyyətə və dövlət tənzimləmələrinə uyğun həyata keçirilə bilər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google