Marneuli-Tserakvi istiqamətində hərəkət edən avtobusu avtomobil vurub
Rustaveli küçəsində Marneuli-Tserakvi xətti üzrə hərəkət edən avtobusu avtomobil vurub. Marneuli “Avtopark”-ın rəhbəri Qiqa Calağonianın məlumatına görə, ictimai nəqliyyatda sərnişinlər olmayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Onun bildirdiyinə görə, bələdiyyənin balansında olan avtobusu günahkar tərəf təmir etdirəcək.

“Boş avtobus Rustaveli küçəsində gəlirmiş. Yalnız avtobusa ziyan dəyib. Heç bir maşının sürücüsü xəsarət almayıb. İnzibati qaydaya uyğun olaraq minik maşının sürücüsünü cərimələyiblər. Hər şey normal başa çatıb və bir sözlə hər iki maşının bərpaya ehtiyacı var. Avtobusu günahkar tərəf təmir etdirəcək.”

Marneulidə yol nəqliyyat hadisəsi təxminən saat 14:30 radələrində baş verib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər