Yuxarı Saralda cinayət hadisəsi baş verib – ölən və yaralananlar var
20 iyul tarixində gecə saat 22:00 radələrində Marneuli rayonunun Yuxarı Saral kəndində cinayət hadisəsi baş verib. Kənd sakinlərinin verdiyi məlumata görə, gənc kişi keçmiş həyat yoldaşını və qayınatasını odlu silahla qətlə yetirib.
Qaynını və qayınanasını isə ağır şəkildə yaralayıb.

Məlumata görə, hazırda yaralılar xəstəxanaya yerləşdiriliblər. Qətlə yetirilmiş şəxsin anası Marneuli “Geo Hospitals” klinikasında müalicə alır. Həmin klinikanın direktoru Tata Şenqelia bildirdi ki, qadın yuxarı ətraf nahiyələrindən xəsarət alıb. Xəsarət odlu silahla yetirilib. Onun vəziyyəti stabildir.

Kənd sakinlərinin dediyinə görə, gənc kişi həyat yoldaşı ilə uzun zamandır ki, ayrılıb. Ötən gecə o, barışmaq məqsədi ilə qayınatasının evinə gedib, ancaq aralarında mübahisə düşüb və odlu silahdan atəş açaraq keçmiş həyat yoldaşını və qayınatasını qətlə yetirib. Sakinlər onu da bildirirlər ki, qətldən sonra gənc kişi hadisə yerindən çıxan zaman avtomobillə qadının üzərindən keçib.

Həmin şəxslərin üç az yaşlı övladları var.

Daha sonra qətli törədən şəxs polisə təslim olub.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11-ci prima, 109-cu maddəsinin 2-ci hissəsinin "v" bəndi və 3-cü hissəsinin "a" bəndi, eləcə də 11 prima-19-109-cu maddələrin 2-ci hissəsinin "a" bəndi ilə istintaq aparılır. Törədilmiş cinayətə görə 16 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Print Email
FaceBook Twitter Google