Qaraçöplü gənclər tərəfindən yaradılan “Qaraçöp İcma Mərkəzi” fəaliyyətə başlayır
Qaraçöp kəndində “Qaraçöp İcma Mərkəzi” fəaliyyətə başlayır. Mərkəz heç bir maddi dəstək olmadan kəndin könüllü fəal gəncləri tərəfindən təsis olunub.

QİM-in yaranmasının səbəbi icmadakı təhsilə olan marağın, inteqrasiyanın və icmanın səsinin daha böyük kütləyə çatdırılmasıdır. Jurnalist Tozu Gülmmmədova QİM-in təsisçilərindən biridir. O, “Marneuli” radiosu ilə söhbəti zamanı mərkəzlə bağlı məlumat verdi. Onun sözlərinə görə, mərkəzdə gənclərin özlərini inkişaf etdirmələri üçün bir sıra fəaliyyətlər həyata keçiriləcək.

“Mərkəzdə gənclərin özünün inkişaf etdirməsi üçün müxtəlif layihələr həyata keçiriləcək. Bu mərhələdə gürcü dili danışıq kursu, musiqi alətlərində ifa kursları, özünüinkişaf təlimləri və kitab oxumaqla bağlı tədbirlərimiz var. Bundan başqa ümumi icma əhalisinə maraqlı olan tədbirlər keçirməyi planlayırıq, kəndin tanınmış aşıqları, sənətkarlarının xatirəsinə həsr olunmuş tədbirlər və s.”

Gülməmmədova İcma mərkəzi ilə bağlı məlumatı “Facebook”-da ötən gün paylaşdıqlarına baxmayaraq, artıq bir çox gəncin mərkəzə maraq göstərdiyini deyir. O, üzv olmaq üçün gənclərin onlara müraciət etdiklərini bildirdi. Tozu deyir ki, iki ay əvvəl Qaraçöpdə araşdırma apararaq gənclərin ehtiyacları, mərkəzdə hansı yeniliklərin olmasını istədikləri ilə bağlı məlumat toplayıblar.

Təsisçi mərkəzin açılmasının vacibliyindən də söhbət açdı.

“Mərkəzin yaranması bizim üçün çox vacib idi çünki gənclərin məktəbdən başqa özlərini inkişaf etdirəcək imkanları yox idi. Bu mərkəz hər kəsə, hər ideyaya açıq mərkəzdir.”


Qeyd edək ki, “QİM” Qaraçöpdə təsis edilən ilk icma mərkəzidir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
Articles Not Found!