Marneuli özünüidarəsinin hesabatlılığı və əhalinin iştirakı 2021-ci ildə yaxşılaşmayıb
13:50 / 27.05.2022
Yerli özünüidarənin fəaliyyətində əhalinin iştirakı demokratik və
inkluziv idarəçiliyin mühüm komponentlərindən biridir. Yerli və ya
mərkəzi hakimiyyəti seçmiş əhalinin problemlərinin həlli tələbi ilə
inzibati orqana müraciət etmək hüququ var.
İnfrastruktur layihələri, tibbi və sosial yardım, büdcənin
planlaşdırılmasında iştirak – bunlar vətəndaşın meriya ilə ünsiyyət
qurmaq, öz fikrini bildirmək hüququnun olduğu istiqamətlərin qısa
siyahısıdır.
“Marneuli” radiosu Marneuli sakinlərinin yerli özünüidarə ilə nə
dərəcədə ünsiyyətinin olması ilə maraqlandı. Apardığımız sorğu
zamanı Marneuli sakinlərinin əksəriyyəti bildirir ki, yerli
özünüidarə ilə yalnız tibbi yardım almaq məqsədi ilə ünsiyyətləri
olub.
Bələdiyyələrin ictimai məlumatı praktiki olaraq yayımlamasını,
elektron idarəetmə və vətəndaşların iştirakının, hesabatlılığı
əhatə edən Gürcüstan bələdiyyələrinin vahid milli
qiymətləndirməsinin 2021-ci il göstəricisinə görə, etnik azlıqların
məskunlaşdığı regionlarda – Axalkalaki, Ninotsminda, Tsalka,
Bolnisi, Dmanisi, Marneuli və Qardabanidə yerli özünüidarə
indeksinin ümumi orta göstəricisi 21% təşkil edir. Bu isə qalan
bələdiyyələrdən 8% geri qalır. Qalan 57 bələdiyyənin orta
göstəricisi isə 29% təşkil edir. Yaxşılaşma göstəricisi isə 2017-ci
ilin qiymətləndirməsindən hesabat yayımlanana qədər digər
bələdiyyələrdən təxminən 4 dəfə aşağıdır.
Qeyd edək ki, Marneuli yerli özünüidarəsinin indeksi 22% təşkil
edir.