29 may tarixində Marneuli bələdiyyəsinin Maradisi ictimai
məktəbinin Ekologiya Klubunun təşkilatçılığı ilə gül festivalı
keçiriləcək. Festival xeyriyyəçilik məqsədi daşıyır.
Maradisi ictimai məktəbinin Ekoloji Klubunun rəhbəri Lamara
Bolkvadze bildirdi ki, festivaldan əldə edilən gəlir Tamarisidə
yaşayan çoxuşaqlı, aztəminatlı ailəyə veriləcək. Ailə pulu
leykemiyadan əziyyət çəkən uşağının müalicəsinə xərcləyəcək.
Tədbir saat 16:00-da başlayacaq. Qeyd olunan təhsil müəssisəsinin
Ekoklubu indiyə kimi də xeyriyyə festivalları təşkil edib. Müəllim
və şagirdlər bu məqsədlə illərdir, müxtəlif fəaliyyətlər həyata
keçirirlər.