Bu gün, 27 may tarixində Algeti İcma Mərkəzində Sabirkənd 1 saylı
ictimai məktəbin şagirdləri kölgə teatrı keçiriblər. Tədbir həmin
məktəbin gürcü dili müəllimi Salome Kirianın təşkilatçılığı ilə baş
tutub. Müəllim deyir ki, şagirdlər kölgə teatrını Qiorqi
Çauçidzenin “Böyük Nunu” kitabı əsasında təqdim ediblər.
Salome Kirianın sözlərinə görə, onun əsas
məqsədi şagirdlərdə qeyri-formal təhsilə və maarifə dəstək
olmaqdır.
“Biz Müəllimlərin Peşə İnkişafı Mərkəzinin çərçivəsində
maarifləndirmə və qeyri-formal təhsil barədə təlimlər keçdik.
Bunlar başa çatdıqdan sonra isə layihə həyata keçirməyə başladıq.
Qiorqi Çauçidzenin “Böyük Nunu” kitabı əsasında düşündüm ki,
uşaqlarda kitaba maraq oyadım. Gürcü dilində oxumağa başlasınlar.
Bu kitab onların yaşına uyğundur. Şagirdlərə birbaşa, – gəlin,
kitab oxumağa başlayaq – demək istəmədim. Kölgə teatrı ilə
personajlarla tanışlıq düşündüm ki, şagirdlərdə maraq
oyadım”.
Gürcü dili müəlliminin sözlərinə görə, tədbir davamlı xarakter
daşıyacaq və şagirdlər həmin kitabın başqa fəsillərinin
personajlarını müxtəlif fəaliyyətlərdə canlandıracaqlar. Prosesə
yerli pedaqoqlar və valideynlər də qoşulacaq.