Kommersiya obyekt sahibləri üçün qazın qiyməti artırılıb
2022-ci ilin 1 iyulundan regionlarda qeyri-məişət istifadəçiləri, biznes üçün qazın tarifi artırılır.

“Telavqaz” MMC, “Socar Georgia Gas”, “Sakorgaz” və “İnterqazın” qeyri-məişət istifadəçiləri üçün 1 m3 təbii qazın qiyməti əlavə dəyər vergisi ilə birlikdə 1,38 laridir. Bu barədə şirkətlərin özü bəyanatlar yayımlayıb.

“Dünya bazarında enerji daşıyıcılarında qiymətlərin ciddi dəyişməsinə görə, yaranmış təbii qaz bazarında mövcud olan reallığı uyğun vəziyyətə gətirmək məqsədi ilə qeyri-məişət istifadəçiləri üçün təbii qazın qiymətinin tənzimlənməsi haqqında qərar qəbul olunub”, – şirkətlərin bəyanatından deyilir.

"Marneuli" Radiosu
Print