Marneulili idmançılar veteran cüdoçular arasında keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar
3-7 iyun tarixində Yunanıstanda veteran cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Marneulili veteran cüdoçular Sandro İakobaşvili və Zaza Davadze də çempionatda iştirak edəcəklər. Marneuli İdman Məktəbindən bildirdilər ki, çempionat Heraklion adasında keçiriləcək və Gürcüstan yığması artıq oradadır.

“Gürcüstandan ümumilikdə 20 veteran cüdoçu iştirak edir, Marneulidən isə 2 nəfər gedib. Bizim uşaqlar sabah mübarizəyə qoşulacaqlar”,
– İdman Məktəbindən bildirdilər.

Marneuli İdman Məktəbindən bildirdilər ki, Avropa çempionatında Sandro İakobaşvili 81 kq çəki dərəcəsində, Zaza Davadze isə 90 kq çəki dərəcəsində mübarizə aparacaq.

Print Email
FaceBook Twitter Google