Marneuli meriyası 4 999 lariyə dron alıb
Marneuli yerli özünüidarəsi havadan çəkiliş üçün dron alıb. Marneuli meriyası dronun alınması üçün “Kopter Tek” MMC ilə sadələşdirilmiş müqavilə bağlayıb.

Meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Davit Çikadze dronun alınması tələbi ilə Marneuli meri Kənan Ömərova müraciət edib. Çikadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriya müxtəlif tədbirlərdə çəkiliş üçün dron icarəyə götürməli olurmuş. Yerli özünüidarə məhz buna görə, dron almağa qərar verib.

“Uzun zamandır dron almaq məqsədimiz var idi. Çünki 26 may, Novruz bayramı, yeni il və müxtəlif böyük tədbirlərdə dron icarəyə götürməli oluruq. Ona görə də dronun özümüzdə olmasını və bu xidmətin daha ucuz başa gəlməsini məqsədyönlü hesab etdik”, – Davit Çikadze bildirdi.

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbərinin sözlərinə görə, meriya dronu artıq alıb və bu gün, 3 iyun tarixində, yaxud gələn həftənin əvvəli o artıq meriyada olacaq.

Sadələşdirilmiş müqavilənin izahatnaməsində qeyd olunduğuna görə, meriyanın əldə etdiyi dron aşağıdakı göstəriciləri əhatə edir:
  • Foto çəkiliş: Ən az 48MP;
  • Video çəkiliş: Ən az 4K/60fps;
  • Uçuş məsafəsi: Ən az 6km;
  • Uçuş müddəti: Ən az 34 dəq;
  • Dəstək FocusTrack, HDR, foto, video, panorama 8K hyperlaps;
  • Rəsmi zəmanət ən az 12 ay
  • Marneuli meriyası dron üçün “Kopter Tek” MMC-yə 4 999 lari ödəyib.

Print Email
FaceBook Twitter Google