Kvemo Kartli gəncləri üçün müsabiqə
Kvemo Kartli və Samtsxe-Cavaxeti regionlarının gənclərinin mülki iştirak ilə bağlı 6 aylıq tədris kursu keçmək imkanı var. Qafqaz Ekoloji QHT-ləri Şəbəkəsi (CENN) 18 yaşdan 30 yaşa qədər olan gənclər üçün müsabiqə elan edib.

Müsabiqə Avropa İttifaqının dəstəyi ilə Vətəndaş Cəmiyyətinin İnkişafı layihəsi çərçivəsində həyata keçirilir.

“Mülki iştirak tədris proqramının məqsədi gənclərə yerli səviyyədə sosial-iqtisadi problemlərlə mübarizə aparmaqda dəstək olmaqdır. Proqram çərçivəsində iştirakçılar layihə yazmaq, kampaniya planlaşdırmaq və həyata keçirmək, təşviqat, resursların səfərbər edilməsi və s. kimi müxtəlif istiqamətlərdə hazırlanacaqlar. Onlar mentorlar və ekspertlərlə birlikdə işləyəcəklər, layihələr hazırlayacaqlar”,
– Mülki İştirak proqramının açıqlamasında qeyd olunub.

Proqram dörd mərhələdən ibarətdir. Həmin mərhələlər mülki təhsil düşərgəsi, mentorluq, layihələrin maliyyələşdirilməsi və həyata keçiriliməsi, yekun vorkşopdan ibarətdir.
6 aylıq mülki iştirak tədris proqramında iştirak etmək istəyən gənclər xüsusi müraciət formasını dloldurmalıdırlar. Nəticədə 25 gənc seçiləcək.

“Müraciətlər qeyd olunan meyarlara əsasən, komissiya tərəfindən qiymətləndiriləcək:

• Motivasiya – niyə iştirakçı bu proqramda iştirak etmək istəyir?
• Gələcək planlar – iştirakçı proqram çərçivəsində hansı problemlər üzərində işləmək istəyir?
• Liderlik və fəal vətəndaşlıq potensialı.

Proqramı uğurla başa vuracaq iştirakçı proqramın məzunu statusunu qazanacaq və bu iştirakçıya gənc peşəkarlar proqramı, növbəti yığmaya mentorluq etmək və s. kimi əlavə fəaliyyətlərə qoşulmaq şəraiti yaradacaq.”


Proqramda iştirak etmək istəyən gənclər üçün müraciətlərin son qəbul vaxtı 2022-ci ilin 26 iyun tarixidir.

"Marneuli" Radiosu
Print