Marneulidə, Yağlıca küçəsində, qaçqınlar məntəqəsində (Elevator)
uşaq bağçası tikilir.
Məktəbəqədər təhsil müəssisəsinin tikintisi Gürcüstanın İşğal
Edilmiş Ərazilərdən Köçkünlər, Əmək, Sağlamlıq və Sosial Müdafiə
Nazirliyinin “Məcbur köçkün şəxslər və onları qəbul edən icmalar
üçün iqtisadi iştirak, yaşayış yeri ilə təmin etmə və sosial
infrastruktur” layihəsi çərçivəsində həyata keçirilir. Layihəni
Danimarka Qaçqınlar Şurası, Almaniya İnkişaf Bankının (KFW) maddi
dəstəyi ilə həyata keçirir.
Bağçanın tikintisi təxminən, 56 000 avroya başa gəlir və bağça 100
uşaq üçün nəzərdə tutulacaq. Tkinti işlərini “Artstayl” MMC həyata
keçirir. Şirkət bağçanın tikintisini 2022-ci ilin 1 avqust
tarixində başa vurmalıdır.
İndiki mərhələdə Marneuli bələdiyyəsində ümumilikdə 14 uşaq bağçası
fəaliyyət göstərir.
Qeyd edək ki, 2021-ci ilin 8 oktyabr tarixində həmin məntəqədə 31
qaçqın ailəyə evlər verilib. Almaniya Federativ Respublikasının
hökuməti məcburi köçkün şəxslərə yardım məqsədilə Gürcüstan üçün
qrant olaraq 10 milyon avro ayırıb. Qrant çərçivəsində qaçqınlar
üçün evlər tikilib.