Azərbaycanın din və dövlət qurumlarından ibarət nümayəndə heyəti BGMİ-nin rəhbər şəxsləri ilə görüşüblər (FOTO)
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutunun və digər dövlət qurumlarının nümayəndələri 6 iyun tarixində Tbilisidəki Cümə məscidində qonaq olublar. Onlara məscidin tarixi, burada saxlanılan nadir tarixi minbər və Qurani-Kərim haqda məlumat verilib.

Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, şərqi Gürcüstan üzrə müfti Etibar Eminov və idarənin bir neçə nəfər əməkdaşları ilə birgə Azərbaycan nümayəndə heyəti ilə görüş keçiriblər.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi qonaqlara Gürcüstandakı müsəlmanların dini baxımdan vəziyyəti, idarənin son illərdə gördüyü işlər və gələcəkdə həyata keçirilməsini nəzərdə tutduqları fəaliyyət proqramları barədə məlumat veriblər. Gürcüstan din xadimləri Azərbaycana səfərlərini xatırladıblar. Onlar Azərbaycana səfərləri zamanı orada göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.

Öncə səmimi qarşılanmaya görə təşəkkür edən qonaqlar təmsil etdikləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini və onun tabeçiliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu haqqında ətraflı danışıblar. Azərbaycanda və Gürcüstanda mövcud olan tolerantlıq, dövlətin sağlam İslam dininin yaşaması yönündə göstərdiyi dəstək və dini qurumlar arasındakı əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdən razılıqlarını bildirən Azərbaycanlı qonaqlar Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərlərinə və din xadimlərinə fəaliyyətlərində uğurlar arzu ediblər.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google