Sadaxlı və Qırmızı Körpü istiqamətində gediş haqqı artırılıb
Sadaxlı və Qırmızı Körpü istiqamətində gediş haqqı 50 tetri artırılıb. Əhali 7 iyundan yeni tariflə ödənişə başlayıb. Gediş haqqı Marneuli-Sadaxlı istiqamətində indi 2 lari, Marneuli-Qırmızı Körpü istiqamətində isə 2,50 laridir.

ფოტო: სემა გასანოვა

“Yanacağa görə qiymət artırılıb. Başqa heç nəyə görə artırılmayıb. Yanacaq 4.50-5 lari olub. Dizelin qiyməti artıb. Benzin 3 laridir. Mənim maşınım dizellə işləyir. Mən dizeli 4 lari 50 tetriyə tökürəm. Buna görə də qiymət artıb, başqa heç bir səbəbi yoxdur”, – Marneuli-Sadaxlı marşrut taksisinin sürücüsü deyir.

“Ekspres Turist” MMC özəl şirkətinin rəhbəri Yuri Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bilirdi ki, qiymətlər yanacağın bahalaşmasına görə artırılıb.

“Biz başdan fəaliyyətə başlayanda qiyməti çox artırdıq ki, əhalini buna hazırlayaq və demək olar xeyir də götürmürdük. Hansı qiymətlə başlamalıydıqsa, indi həmin qiymətə qalxdıq. Bundan artıq bahalaşdırmağı düşünmürük, sonra müştərini də itirəcəyik. Ona görə də bu qiymət qalacaq. Əgər yanacağın qiyməti ucuzlaşarsa, biz də azaldacağıq. Qırmızı Körpü istiqamətində qiymət 50 tetri artırılacaq”, – Yuri Samxaradze bildirdi.

“Ekspres Turist” bələdiyyə miqyasında 12 istiqamətə xidmət göstərir. Marneuli-Saimerlo istiqamətində də gediş haqqı artırılıb.

Marneulidə daha bir nəqliyyat şirkəti xidmət göstərir. Bu “Avtopark” MMC-dir və meriyanın balansındadır. Şirkətin rəhbəri Qiqa Calağonia bildirdi ki, qiymətin artıırılması tələbi ilə yerli özünüidarəyə müraciət ediblər, ancaq rədd cavabı alıblar. Onların balansından olan bütün ictimai nəqliyyatda köhnə qiymətlər qalacaq.

Print Email
FaceBook Twitter Google