Sadaxlı və Qırmızı Körpü istiqamətində gediş haqqı 50 tetri
artırılıb. Əhali 7 iyundan yeni tariflə ödənişə başlayıb.
Gediş haqqı Marneuli-Sadaxlı istiqamətində indi 2 lari,
Marneuli-Qırmızı Körpü istiqamətində isə 2,50 laridir.

“Yanacağa görə qiymət artırılıb. Başqa heç nəyə görə
artırılmayıb. Yanacaq 4.50-5 lari olub. Dizelin qiyməti artıb.
Benzin 3 laridir. Mənim maşınım dizellə işləyir. Mən dizeli 4 lari
50 tetriyə tökürəm. Buna görə də qiymət artıb, başqa heç bir səbəbi
yoxdur”, – Marneuli-Sadaxlı marşrut taksisinin sürücüsü
deyir.
“Ekspres Turist” MMC özəl şirkətinin rəhbəri Yuri Samxaradze
“Marneuli” radiosu ilə söhbəti zamanı bilirdi ki, qiymətlər
yanacağın bahalaşmasına görə artırılıb.
“Biz başdan fəaliyyətə başlayanda qiyməti çox artırdıq
ki, əhalini buna hazırlayaq və demək olar xeyir də götürmürdük.
Hansı qiymətlə başlamalıydıqsa, indi həmin qiymətə qalxdıq. Bundan
artıq bahalaşdırmağı düşünmürük, sonra müştərini də itirəcəyik. Ona
görə də bu qiymət qalacaq. Əgər yanacağın qiyməti ucuzlaşarsa, biz
də azaldacağıq. Qırmızı Körpü istiqamətində qiymət 50 tetri
artırılacaq”, – Yuri Samxaradze bildirdi.
“Ekspres Turist” bələdiyyə miqyasında 12 istiqamətə xidmət
göstərir. Marneuli-Saimerlo istiqamətində də gediş haqqı
artırılıb.
Marneulidə daha bir nəqliyyat şirkəti xidmət göstərir. Bu
“Avtopark” MMC-dir və meriyanın balansındadır. Şirkətin rəhbəri
Qiqa Calağonia bildirdi ki, qiymətin artıırılması tələbi ilə yerli
özünüidarəyə müraciət ediblər, ancaq rədd cavabı alıblar. Onların
balansından olan bütün ictimai nəqliyyatda köhnə qiymətlər
qalacaq.