Qanunsuz tikintilərlə bağlı 18 fakt - Marneuli Nəzarət Xidmətinin beş ayda aşkarladığı pozuntular
2022-ci il başlayandan bu günə qədər Marneuli bələdiyyəsində icazəsiz 18 tikinti və 36 icazə şərtinin pozulması faktı aşkarlanıb. Marneuli bələdiyyəsinin Nəzarət Şöbəsinin rəhbəri Tural İsmayılov bildirir ki, 36 pozuntudan indiki mərhələdə yalnız 3 çatışmazlığı düzəldib. Pozuntulardan gələn cərimə dəyəri bələdiyyəd bugünkü vəziyyətə görə, 22 000 lari təşkil edir. Söhbət cəriməni 2022-ci ilin may ayının sonuna qədər ödəyən şəxslərdən gedir. İsmayılovun sözlərinə görə, icazə şərtinin pozulması üçün minimal məbləğ kənddə 200 laridir, şəhərdə isə kifayət qədər artıqdır.

“Pozuntuları aşkarlamaq üçün bizim əməkdaşlar hər gün müxtəlif kəndlərə, məntəqələrə və s. gedirlər. İcazəsiz tikintinin aşkarlanması burada təsaüdf mövzusudur. Ola bilsin qonşu bizə məlumat verir, eləcə də merin nümayəndələri də kömək edir. Vətəndaşlar özləridə gəlirlər və ya yazılı, şifahi şəkildə bildirirlər. Kənddə tikinti şərtlərinin pozuntusu üçün 200 lari, icazəsiz tikinti üçün 1 000 lari, tikintinin dayandırılmaması üçün 1 000 lari cərimədir. İlk cərimədən üç ay ərzində biz yoxlayış aparırıq. Əgər pozuntu düzəldilməyibsə cərimə üç qat olur və 3 000 lari, yaxud bəzi hallarda 600 laridir. Şəhərdə icazəsiz tikinti üçün cərimə 4 000 lari, icazə şərtlərini pozmaq 200 lari, tikintinin dayandırılmaması isə 5 000 lari cərimədir. Ümumiyyətlə, tikinti cərimələri tikilinin tipindən asılı olaraq fərqlənir”, – Tural İsmayılov bildirir.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin Nəzarət Xidməti 2021-ci il ərzində tikintidə qayda pozuntusu üçün 202 faktı aşkarlayıb və ümumilikdə 272 770 lari cərimə yazılıb.

Qanunsuz tikinti nədir?
  • Qanunsuz tikinti hüquqi əsası (icazəsi) olmayan tikintidir.
  • Eləcə də qanunsuz tikinti olaraq qanunvericilik tələbləri pozulmuş tikintilər də hesab edirilir. Konkret olaraq, tikilinin funksiyası dəyişir və ya yenidən tikintinin intensivliyinin əmsalı artırılır.
Tikinti icazəsini pozmaq nə deməkdir?
  • Tikinti sənədləri və tikinti reqlamenti ilə müəyyən edilmiş tikinti/icazə şərtlərini pozmaq. Bu qanunla müəyyən edilmiş yolverilən korreksiyadan kənara çıxır.
  • Bu halda tikintinin hüquqi əsası-icazəsi olması ilə icazəsiz tikintidiən fərqlənir. Ancaq əsasən icazə ilə nəzərdə tutulmuş şərtlər pozulur.

"Marneuli" Radiosu
Print