Marneuli meriyası dialezdə olan 85 nəfərin xərclərini maliyyələşdirəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi dialezdə olan benefisiarların nəqliyyat xərclərini hər ay maliyyələşdirəcək. Marneuli meriyası dialezdə olan şəxslərin nəqliyyat xərclərini 2019-cu ilin martından ödəməyə başlayıb. Marneuli meriyasından “Marneuli” radiosunun rəsmi məktubuna cavab olaraq bildirdilər ki, Marneuli şəhərində yaşayan benefisiarların nəqliyyat pulu 70 lari, kəndlərdə yaşayan benefisiarların pulu isə 100 lari təşkil edir.

“Benefisiarların sayı dəyişir. Çünki buraya müraciət zamanı say artır, ölüm halı da azalır. Müvafiq olaraq, göstəricilər daim dəyişir”, – Marneuli meriyasının verdiyi məlumatda qeyd olunur.

Meriyadan verilmiş məlumata görə, bugünkü vəziyyətdə 85 dialez xəstəsinin gediş haqqı maliyyələşdirilir.

Marneuli meriyasının müalicəsini maliyyələşdirdiyi xəstələr dialez və neprologiya mərkəzinə gedirlər. Mərkəzin direktoru Qiorqi Koçiaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tibb mərkəzi Marneuli ilə yanaşı Tetritskaro, Dmanisi, Bolnisi və Tsalka bələdiyyələrinə də xidmət göstərir.

“Marneulidə dialez mərkəzi ilk dəfə 2010-cu ildə açılıb. O zaman Kvemo Kartlidə yeganə mərkəz idi. Rustavidə də yox idi. Orada 2014-2015-ci ildə açıldı. Ona qədər bütün Kvemo Kartliyə biz xidmət göstərirdik. Marneulili xəstələrin bəzisi Rustaviyə, yaxud Tbilisiyə gedirlər. Amma hazırda Marneuli meriyasının maliyyələşdirdiyi bütün xəstələr bizə gəlir”,– Qiorqi Koçiaşvili bildirdi.

Marneulinin Dialez və Neprologiya Mərkəzinin direktorunun sözlərinə görə, tibb müəssisəsində ən çox xəstə Marneulidəndir. Qeyd edək ki, dialez proqramı dövlət tərəfindən maliyyələşdirilir.

Print Email
FaceBook Twitter Google