Marneuli bələdiyyəsinin yerli özünüidarəsi dialezdə olan
benefisiarların nəqliyyat xərclərini hər ay maliyyələşdirəcək.
Marneuli meriyası dialezdə olan şəxslərin nəqliyyat xərclərini
2019-cu ilin martından ödəməyə başlayıb.
Marneuli meriyasından “Marneuli” radiosunun rəsmi məktubuna cavab
olaraq bildirdilər ki, Marneuli şəhərində yaşayan benefisiarların
nəqliyyat pulu 70 lari, kəndlərdə yaşayan benefisiarların pulu isə
100 lari təşkil edir.
“Benefisiarların sayı dəyişir. Çünki buraya müraciət
zamanı say artır, ölüm halı da azalır. Müvafiq olaraq, göstəricilər
daim dəyişir”, – Marneuli meriyasının verdiyi
məlumatda qeyd olunur.
Meriyadan verilmiş məlumata görə, bugünkü vəziyyətdə 85 dialez
xəstəsinin gediş haqqı maliyyələşdirilir.
Marneuli meriyasının müalicəsini maliyyələşdirdiyi xəstələr dialez
və neprologiya mərkəzinə gedirlər. Mərkəzin direktoru Qiorqi
Koçiaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tibb
mərkəzi Marneuli ilə yanaşı Tetritskaro, Dmanisi, Bolnisi və Tsalka
bələdiyyələrinə də xidmət göstərir.
“Marneulidə dialez mərkəzi ilk dəfə 2010-cu ildə
açılıb. O zaman Kvemo Kartlidə yeganə mərkəz idi. Rustavidə də yox
idi. Orada 2014-2015-ci ildə açıldı. Ona qədər bütün Kvemo Kartliyə
biz xidmət göstərirdik. Marneulili xəstələrin bəzisi Rustaviyə,
yaxud Tbilisiyə gedirlər. Amma hazırda Marneuli meriyasının
maliyyələşdirdiyi bütün xəstələr bizə gəlir”,– Qiorqi
Koçiaşvili bildirdi.
Marneulinin Dialez və Neprologiya Mərkəzinin direktorunun sözlərinə
görə, tibb müəssisəsində ən çox xəstə Marneulidəndir. Qeyd edək ki,
dialez proqramı dövlət tərəfindən maliyyələşdirilir.