"Seçicilərlə söhbət edirik" - Marneulidə məlumatlandırıcı flayerlər paylanılıb
Bu gün, 8 iyun tarixində Marneuli Seçki Dairə Komissiyası və MSK-nın birgə layihəsi çərçivəsində Marneuli şəhərində əhaliyə seçki prosesləri ilə bağlı məlumat veriblər.

Marneuli 22 saylı Seçki Dairə Komissiyasının sədri Ana İluridze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, məlumatlandırıcı görüşlər “Seçicilərlə söhbət edirik” layihəsi çərçivəsində həyata keçirilir.

“Layihənin məqsədi seçicilərin yanına getmək və seçki prosesi ilə bağlı məlumat çatdırmaqdır. Eləcə də texnoloji innovasiyalardan söhbət açırıq. 2018-ci ildən elektron səs hesablama aparatları tətbiq edilir və həmin aparatlar 2021-ci ildə Krtsanisi dairəsini tam əhatə etdi. Həmin aparatlar vasitəsi ilə səsləri hesabladılar. Bu prosesi asanlaşdırdı və sürətləndirdi. 2022-ci il seçkilərində Batumidə də verifikasiya aparatları testdən keçirildi. Həmin aparatlar seçicinin kimliyini müəyyən edirdi”, –
Ani İluridze bildirdi.

Marneuli Seçki Dairə Komissiyasının sədrinin sözlərinə görə, gənc seçicilər yaxın dövrdə “Seçki İnkişaf Məktəbi” və “Gənclər düşərgəsində” iştirak edə biləcəklər.

Marneuli Seçki Dairə Komissiyasının nümayəndələri gürcü, azərbaycan və erməni dilində məlumat flayerlərini əhaliyə paylayıblar.

“Seçicilərlə söhbət edirik” layihəsi çərçivəsində məlumatlandırıcı görüşlər sabah, 9 iyun tarixində Marneulinin Kosalı kəndində də keçiriləcək.

"Marneuli" Radiosu
Print