Marneuli məktəblərində Qəyyumlar Şurası seçkiləri 20 iyunda keçiriləcək

20 iyun tarixində Marneuli bələdiyyəsinin ictimai məktəblərində Qəyyumlar Şurası seçkiləri keçiriləcək.



Qəyyumlar Şurası təhsil müəssisələrinin idarəçiliyində ən mühüm bəndlərdən biridir.

Şura valideyn və pedaqoqlar şurası tərəfindən bərabər sayda, 2 il müddətinə seçilmiş, ən az 6 və ən çox 12 nümayəndədən, orta pillə şagirdlərinin özünüidarəsi tərəfindən seçilmiş 1 nümayəndədən ibarətdir. Resurs Mərkəzin rəhbər səlahiyyətlərini icra edən Əli Qəhrəmanov “Marneuli” radiosuna bildirdi ki, bələdiyyənin 74 məktəbinin hamısında şura yenilənəcək.

“Sonuncu dəfə, 2019-cu ildə Qəyyumlar Şurası toplanmışdı. Onların 3 il iş müddəti var və başa çatıb. Məktəblər komissiya üzvlərinin siyahısını göndərəcəklər və mənim sərəncamım əsasında onlara geri göndərəcəyik”, – Əli Qəhrəmanov bildirdi.

Marneuli 1 saylı ictimai məktəbi Qəyyumlar Şurasının seçkilərinə hazırlaşır. Məktəbin direktoru Ketevan Merabişvili bildirdi ki, məktəb üçün şuranın olması mühümdür. Çünki məhz həmin şəxslər büdcənin, daxili intizamın və başqa əsas məsələlərin müzakirəsində iştirak edirlər.

“Şura çox qərarlar qəbul edir. Həmçinin, ən mühüm olan büdcədir. Qəyyumlar Şurasının qoşulması da mühümdür. Çünki direktor birmənalı qərar qəbul edə bilmir. Komissiya üzvlərini artıq yığmışıq. Kiçik məktəblərdə şuranın tərkibinə üç valideyn, üç müəllim və bir orta pillədən olan şagird daxildir. Biz validyenlərə də, uşaqlara da məlumat verdik. Validyenlərlə görüşümüz oldu. İstəyə əsasən şuraya daxil olmaqla bağlı müraciət edə bilərlər”, – Ketevan Merabişvili bildirdi.

Məktəblərdə Qəyyumlar Şurasının əsas funskiyası direktor seçmək, büdcəni istifadəyə vermək və daxili intizam qaydasını müəyyən etməkdir.

"Marneuli" Radiosu

 

Print