Biz xüsusi olaraq Kvemo Kartli regionu ilə daha dərin əməkdaşlığa hazırıq – Litvanın Gürcüstandakı səfiri
Litva Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Kalindra Marneulidə QHT və media nümayəndələri ilə görüş keçirib. Görüşün əsas məqsədi etnik azlıqların problemləri barədə söhbət etmək, geosiyasi vəziyyətin etnik azlıqlara təsiri barədə müzakirə idi.

“Sevinirəm ki, heyətlə birlikdə Kvemo Kartliyə, konkret olaraq isə Marneuliyə gəlmişəm. Biz buraya üç təşəbbüslə gəlmişik. Onlardan biri etnik azlıqlara qarşı yanaşmalarla bağlı dialoq yaratmaqdır. Litva təcrübəsini bölüşmək istəyirik. İkinci təşəbbüs Litva ilə Gürcüstanın bələdiyyələri arasında, konkret olaraq isə Marneuli və Şolçininsk bələdiyyələri arasında tərəfdaşlığa başlamaqdır. Üçüncü təşəbbüs isə odur ki, səfirlik olaraq bu il Kvemo Kartlidə həyata keçiriləcək iki layihəni dəstəkləyirik. Bu təcrübə bölüşməyə istiqamətlənəcək. Həmçinin, Litvaya səfər və bizim keçdiyimiz yol da buraya daxildir. Biz xüsusi ilə Kvemo Kartli regionu ilə dərin əməkdaşlığa hazırıq”, – Andriu Kalindra bildirdi.

Marneuliyə Litva Respublikasının fövqəladə və səlahiyyətli səfiri ilə birlikdə Baş nazirin müşaviri Artur Lutkovski və etnik azlıqlar Departamentinin direktoru Vida Montvidite də gəlmişdi.

Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, diplomatların regiona gəlməsi vacibdir. Çünki onlarla əməkdaşlıq bizim ölkənin maraqlarına daxildir.

“Biz bu gün görürük ki, qərbin ictimai siyasət səviyyəsində müxtəlif monitorinq və nəzarət baxımından nə qədər böyük rolu var. Eləcə də bilirik ki, qərbin Gürcüstan və Gürcüstan vətəndaşları üçün çox investisiyası var. Müvafiq olaraq, bu adamlarla əməkdaşlıq və vaxtında hesabat vermək bizim ölkənin maraqlarına daxildir. Bu gün regionda etnik azlıqlar baxımından və ölkədəki avro inteqrasiya siyasəti baxımından söhbətimiz oldu. Şərhələr və suallar verdik. Eləcə də qeyd etdik ki, bizə avro inteqrasiya yolunda bizə kömək edəcək qərb siyasəti yenə də mühümdür. Bildirdik ki, etnik azlıqların inteqrasiyası baxımından mərkəzi siyasətin gücləndirilməsi, onların probleminin ictimai siyasətə çıxarılması, bu istiqamətdə onların tövisyələri, məsləhətləri mərkəzi hakimiyyət üçün mühümdür”, – Samirə Bayramova bildirdi.

“Sosial, iqtisadi və hüquqi şərtlərin gücləndirilməsi mərkəzinin” koordinatoru Səbinə Talıbova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu kimi görüşlər bir neçə regionda aparılır. Səfir artıq Samtsxe-Cavaxetidə görüşlər keçirib və indi Kvemo Kartlidə görüşlər keçirir. Talıbovanın sözlərinə görə, görüşlər dövlər, yerli özünüidarə orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə aparılır.

Kvemo Kartli regionunda görüşləri “Çoxmillətli Gürcüstan” təşkilatı “Sosial, iqtisadi və hüquqi şərtlərin gücləndirilməsi mərkəzi” ilə birlikdə təşkil edir.

Print Email
FaceBook Twitter Google