Qardabanili idmançı Kənan Bayramov Budapeştdə keçirilən “Wako kikboksinq” üzrə dünya kubokunda iştirak edib
Gürcüstan Tai-boksinq, Kikboksinq Milli Federasiyasının idmançısı Kənan Bayramov 2-5 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Wako kikboksinq” üzrə dünya kubokunda iştirak edib.

Kənan Bayramov 1/8 mərhələni uğurla keçərək, 1/4 mərhələyə yüksəlib. 1/4 mərhələdə isə Ukraynalı idmançıya məğlub olaraq, ilk beşliyə düşüb.

İdmançı qazandığı həmin nəticəyə görə, noyabr ayında Antalyada keçiriləcək “Wako-Avropa” çempionatında iştirak etmək hüququ qazanıb.

Kənan Bayramov peşəkar kik-boksinqdə B-klassda döyüşlərə qatılır. O, bu sahədə bir çox peşəkar döyüşlərin qalib olub.

İndi Qardabanili idmançı oktyabrda Almaniyada keçiriləcək peşəkar yarışa hazırlaşır. Bu yarış Avropada tanınmış yarışlardan biri sayılır.

Qeyd edək ki, Kənan Bayramov Qardabanidə fəaliyyət göstərən “Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə İsfahan Əliyevdir.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google