Tsereteli kəndində yeniyetmələr arasında futbol çempionatı keçirilib
Dünən, 8 iyun tarixində Marneuli bələdiyyəsinin Tsereteli kəndində 2009-2010-cu il təvəllüdlü futbolçular arasında Çempion Liqa çempionatı keçirilib. Çempionat Marneulinin “Algeti” komandasının qələbəsi ilə başa çatıb. Məşqçi Qoça Toroşelidzenin sözlərinə görə, yeniyetmə futbolçuları finala qədər hələ çox oyun gözləyir.

“Qeyd olunan çempionatı Abxaziya Futbol Federasiyası keçirir. Dünən iki oyunumuz var idi. Marneuli “Algeti”si və Tbilisi “Saburtalo”su qarşılaşdı. "Algeti" 2:0 hesabı ilə qalib gəldi. Eləcə də 2009-cu il təvəllüdlü gənclər arasında, Marneuli “Algeti” və Tbilisi “Plato”su görüşdü. "Algeti" 9:0 hesabı ilə qələbə çaldı”, – Toroşelidze bildirdi.

Məşqçinin sözlərinə görə, qeyd olunan komandaları finala qədər 15 oyun gözləyir. Final isə payızda keçiriləcək.

Print Email
FaceBook Twitter Google