Gələcəkdə qadınlarda uşaqlıq boynu xərçənginin yayılmasını azaldan peyvənd – Marneulili mean-ginekoloq nələrdən söhbət açıb
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaqlıq boynu xərçəngindən dünyada hər il 300 mindən artıq qadın dünyasını dəyişir.

Gürcüsatnda isə bu göstərici ildə 300-dən arıtqdır. Dünya miqyasında qadınlarda süd vəzisi xərçəngindən sonra uşaqlıq boynu xərçəngi ən çox yayılmış xəstəlikdir. Gürcüstan Xəstəliklərə Nəzarət Mərkəzi yazır ki, uşqlıq boynu xərçənginin yayılma səbəbi 99,7% Papillomavirus (HPV) infeksiyasıdır. Qeyd edək ki, cinsi baxımdan aktiv olan adamların təxminən 50%, həyatlarının hansısa mərhələsində yoluxur, 50 yaşlı qadınların 80% isə bu virusa yoluxur. Papillomavirus infeksiyası hallarının böyük qismi tam əlamətsiz baş verir və əksər hallarda, özünü müalicə ilə başa çatır. Belə ki, bu xəstələrin diqqətindən kənar qalır.


Papiloma virusunun fərdi genotipləri xərçəngdən əvvəlki xəstəliklər – xoralar yarada bilər. Belə mülaicə olunmayan xoraların xərçəngə çevrilmə riski böyükdür. Papillomavirusa görə yaradılmış peyvənd qadınlarda uşaqlıq boynu xərçənginin yayılma riskini 75% azaldır. 9-13 yaşa qədər qızların bu peyvəndi vurdurması tövsiyə olunur. Papillomavirus skrininqi və peyvəndin vurulması Gürcüstanda pulsuzdur. Marneuli İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Eter Laperadze bildirir ki, papillomavirus peyvəndi vacib peyvəndlər siyahısındadır və əlçatandır. Ancaq dəqiq göstəricilərə malik deyillər.

“Bu peyvəndin vurulmasını tövsiyə edirəm. Bütün yeniyetmələr bunu mütləq vurdurmalıdır ki, gələcəkdə qarşılaşa biləcəkləri problemləri aradan qaldırsınlar”,
— Laperadze bildirdi.

Ginekoloq Paata Xoluaşvili 30 ildən artıqdır, Marneulidə işləyir. Onun sözlərinə görə, Papillomavirus peyvəndi qadınları məhz bu risklərdən qoruyur. Dünya alimləri illər ərzində bu peyvənd üzərində işləyirdilər.

“Papillomavirusa qarşı peyvənd əvvəldən ayaq uydura və kütləvi ola bilmədi. Yəqin buna əhalinin müvafiq məlumatının olmaması da dəstək olurdu. Bu günə olan vəziyyətə görə, peyvənd vurdururlar, ancaq könüllülər elə də çox deyil. Bu bizim gələcək nəsil, qızlarımızı qorumaq üçün mütləqdir. Çünki papillomavirus kifayət qədər yayılıb və bəzi papiloma onkoloji xəstəliklər yaradır. Qeyd olunan virusa əsasən uşaqlıq boynunda doğuş çatlarından sonra yaranır. Papillomavirus həmin yerə düşür və sonradan eroziya yaradır. Diqqət yetirilməyəndə və nəzarət olunmayanda uşaqlıq boynunda bədxassəli xəstəlik əmələ gələ bilər. Bu peyvənd isə qadınların onkoloji xəstəliklərinin qarşısını almağın yeganə yoludur. Ola bilsin qadında uşaqlıq boynunda eroziyalar əmələ gəlsin, əgər bu peyvənd vurulubsa, onkoloji xəstəliyə çevrilməyəcək. İllərin təcrübəsi də bunu göstərir. Yəni bəşəriyyət bu peyvəndi yaratmaqla bədxassəli xəstəliklərlə bağlı ilk nəticəni əldə etdi. Qeyd etmək istəyirəm ki, qadınlara bu peyvəndi böyük yaşda da vurdura bilərlər. Bu halda qadın müayinə olunmalıdır və aydınlaşdırılmalıdır ki, artıq bu virusu daşıyırmı”, — Xoluaşvili bildirdi.

Gürcüstanda papilomavirus nəticəsində yaranan uşaqlıq boynu xərçəngi onkoloji xəstəliklərin beşliynə daxil edilib və ondan qorunmaq üçün virusa qarşı peyvənd vurdurmaq mütləqdir. Dünyada papillomavirusun 100-dən artıq genotipi var. Onlardan 13-ü onkoloji xəstəlik yaradır. Virusa qarşı vaksin isə riskləri 90% azaldır.

Print Email
FaceBook Twitter Google