Bu gün, 10 iyun tarixində gürcü heykəltəraşı Merab Berdzenişvilinin
doğum günüdür. Marneulinin girişində yerləşdirilmiş "Yenə də
böyüyəcəklər" abidəsi Merab Berdzenişvili yaradıcılığının bir
nümunəsidir.
Tuncdan hazırlanmış "Yenə də böyüyəcəklər" abidəsi 1975-ci ildə
qoyulub. Heykəltəraş abidəni faşizm üzərində qələbənin 30 illiyinə
həsr edib. 2017-ci ildə abidəyə mədəni irsi daşınmaz abidə statusu
verilib.
Marneuli yerli özünüidarəsi 2019-cu ildə "Yenə də böyüyəcəklər"-in
bərpasını həyata keçirib.
Genişmiqyaslı layihə nəticəsində abidənin ərazisində park da
salınıb.
Marneulidə "Yenə də böyüyəcəklər" abidəsinin bərpası və ərazinin
yenidənqurma işlərini "İntertexniloq" MMC iki mərhələdə, 1 092 328
lariyə hıyata keçirib. Bu gün abidənin ərazisində müxtəlif
tədbirlər həyata keçirilir. Marneuli meriyası 26 May Gürcüstanın
Müstəqillik Gününü məhz "Yenə də böyüyəcəklər" abidəsinin
ərazisində keçirdi.
Bərpa və yenidənqurma işlərindən sonra abidənin ziyarətçiləri
artıb. Abidənin həmişə çox sayda ziyarətçisi olub və o, Marneulinin
vizit kartına çevrilib. Marneulilər məktəbi bitirən və ya toy
zamanı məhz "Yenə də böyüyəcəklər" ərazisində fotosessiya edirlər
.
Merab Berdzenişvili 1929-cu ildə 10 iyunda dünyaya gəlib. O,
heykəltəraşlıqdan başqa qrafik və rəssamlıq sahəsində də işləyirdi.
Portretlər, teatr afişaları və plakatlar hazırlayırdı. 1995-ci ildə
Didqori heykəltəraşlıq-arxitektur memorialının yaradılmasına görə
arxitektor Tamaz Qabunia ilə birlikdə Gürcüstan dövlət mükafatına
layiq görülüb. Merab Berdzenişvili 2016-cı ilin 17 sentyabrında, 87
yaşında vəfat edib.