Avropaya doğru addım at – Marneulidə görüş keçirilib
15 iyun tarixində “Avropaya doğru addım at” təşəbbüsü çərçivəsində Marneulidə görüş keçirilib. “Avropaya doğru addım at” mülki hərəkatdır və o bir neçə həftə əvvəl yaradılıb. “Safari” təşkilatının İctimaiyyətlə Əlaqələr üzrə meneceri Tamta Kaxaberidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, mülki hərəkat ictimaiyyətin geniş spektrini birləşdirir.

“Avropaya doğru addım at” bir növ mülki hərəkatdır və QHT, mülki fəalları, akademik sahə nümayəndələrini, yazıçıları, aktyorları və geniş spektr adamlarını, Gürcüstanın gələcəyinin Avropa olduğuna, belə siyasi vəziyyətdə, Avropa İttifaqına namizəd statusunu qazana bilib bilməyəcəyimiz zamanda buna inananları birləşdirir. Bu məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmağı mühüm hesab edirik və regionlarda müxtəlif auditoriyalarla görüşlər keçiririk”-
Tamta Kaxaberidze bildirdi.

Görüşdə spiker, filoloq Oqtay Kazımov və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professor, mədəniyyət tədqiqatçısı İrakli Çaidze tarixi nümunələri müzakirə ediblər, Gürcüstan nə zaman, hansı vəziyyətdə Avropaya doğru addım atıb.

“Bu gün bu məsələ xüsusilə aktualdır. Çünki indi ən yaxında dayanmışıq, Avropa İttifaqının namizədi olmaq imkanımız yaranıb. Mən Gürcüstan tarixi və ədəbiyyatda qərbə doğru tələsmədən söhbət açacağam. Eləcə də qərb və şərq əməkdaşlığı, qarşıdurmalar, və bunun 18-ci əsrin sonunda qərbdən şimala necə dəyişdiyi barədə danışacağam. Tarixi, mədəniyyəti, yaxud ədəbiyyatı bilirik, ancaq qərblə münasibətlər zamanı unuduruq ki, qərbi sivilizasiya, tərəqqiyə yaxın olmaq bizim üçün həlledicidir”
- Oqtay Kazımov bildirdi.

“İndi Avropa ilə bağlı ictimaiyyətin məlumatlandırılması xüsusilə mühümdür. Avropa nədir, bizim qərbi inteqrasiyamız niyə mühümdür, bunlar hamısı bizə nə fayda verə bilər, bunlar Gürcüstan ictimaiyyətində hansı inkişafa səbəb ola bilər. Bu gün buraya ona görə gəlmişik ki, Marneuli əhalisinə, maraqlanan şəxslərə qərb inteqrasiyasının əhəmiyyəti barədə fikrimizi çatdıraq”-
İrakli Çxaidze bildirdi.

Spikerlərin çıxışından sonra görüş iştirakçılarının Kazımov və Çxaidzeyə suallar vermək, öz fikirlərini bildirmək, Gürcüstan Avrointeqrasiya perspektivləri barədə baxışlarını səsləndirmək imkanı var idi.
Print Email
FaceBook Twitter Google