Marneuli meriyası Polşaya səfər üçün 1062 lari dəyərində hədiyyə dəsti alıb
Marneuli bələdiyyə heyəti Polşanın Kobilnitsa şəhərinə səfər üçün 1062 lari dəyərində hədiyyə dəsti alıb.

Marneuli meriyası və Bələdiyyə Məclisi nümayəndələri “Kobilnitsa günlərində” iştirak ediblər və orada Kobilnitsanın meri, digər rəhbər şəxslərlə görüşüblər. Marneuli meriyası Polşanın Kobilnitsa şəhərinə səfəri zamanı hədiyyə dəsti almaq üçün 3 sadələşdirilmiş müqavilə bağlayıb. Hədiyyə dəstini almaq tələbi ilə Marneuli meri Kənan Ömərova İnzibati Xidmət rəhbəri Nino Dekanoidze müraciət edib.

"Bildiyiniz kimi, Polşanın Pomeranya Voyevodalığı və Marneuli bələdiyyəsi arasında 2022-ci ildə qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb. Bunun nəticəsində, təcrübələri bölüşmək məqsədi ilə tərəflər arasında bir neçə işgüzar səfər həyata keçirilib.

2022-ci ilin 26-30 may tarixində, Pomeranya Voyevadalığının Kobilnitsa Qminada “Kobilnitsa günləri” tədbiri keçiriləcək. Marneuli bələdiyyə heyəti də tədbirə rəsmi dəvət olunub. Səfər çərçivəsində rəsmi dəvət əsasında Kobilnitsa Qminanın meri, Leşek Kulinski, digər rəhbər şəxslərlə görüşlər keçiriləcək. Heyət planlaşdırılmış görüşlərdə iştirak edəcək.


Xahiş edirik, müvafiq xidmətə Qmina Kobilnitsa nümayəndələri üçün hədiyyə dəsti almaq tapşırığını verəsiniz”-
sadələşdirilmiş müqavilənin izahat kartında qeyd olunub.

Marneuli meriyası “Happy City” MMC-dən 922 lari dəyərində sunellər, müxtəlif növ süvenir maqnitlər, şüşə üçün çoxa, qadın üçün çoxa, göy rəngli süfrə və “günəşli səhər” çay qaşıqları alıb. Digər sadələşdirilmiş müqaviləyə görə, meriya “Badaqi” MMC-dən 14 ədəd sucuq dəsti alıb və 140 lari ödəyib.

Marneuli meriyası eləcə də qonaqlara ev sahibliyi edən və səfərlər zamanı hədiyyə paketlər üçün şərab, markalı kağız çantalar alıb. Meriya “Frani” MMC-dən 100 şərab və 100 kağız çantanı almağa 1060 lari ödəyib.

Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, meriyada şərab və kağız çanta ehtiyatı bitibmiş, məhz buna görə, yerli özünüidarə ehtiyat toplayıb. Lazımı sayda çantaları isə Polşaya aparıblar ki, səfər zamanı onları qəbul edən şəxslərə hədiyyə etsinlər.
Print Email
FaceBook Twitter Google