Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəi Marneulidə görüş
keçirib. 14 iyun tarixində, Marneuli Mülki Məşğulluq mərkəzində
mülki sektorun nümayəndələri ilə etnik azlıqlar üçün keyfiyyətli
təhsilin əlçatanlığını araşdırmaq məqsədi ilə tematik araşdırma
aparılıb.
Təhsil və Elm Komitəsinin üzvü, Xatuna Kvitsiani hesab edir ki,
belə tematik araşdlar nəticə verir. Çünki prolemlər yerində
araşdırılır. Araşdırma başa çatdıqdan sonra etnik azlıqların
keyfiyyətli təhsilə əlçatanlığının yaxşılaşdırılması məqsədi ilə
tövsiyələr hazırlanacaq. Tövsiyələrin yerinə yetirilməsinə görə,
müvafiq qurumlar məsuliyyət daşıyacaq.
“Biz məktəb direktorları, bağça direktorları, müəllimlə və prosesə
qoşulmuş hər kəslə görüşdük. Problemlərin real olaraq eyni olması
faktı xoşdur. Bu problemləri qruplaşdırmaq və identləşdirmək
mümkündür. Bağça çatışmamazlığı problem müəyyən edildi. Eləcə də
müəllimlərin ixtisası, iki dilli müəllimlər və s. problemlər də
var. Düşünürük ki, belə tematik araşdırmalar nəticəlidir. Çünki
problem yerində araşdırılır. Bu prosesə beynəlxalq təşkilat da
qoşulub. Müvafiq olaraq, orada hər hansı qərəzlilik məsələsi
istisnadır. Tövsiyələr ekspertin iştirakı ilə hazırlanacaq və sonra
artıq nazirlikdə həmin tövsiyələrin monitorinqi aparılacaq. Biz
artıq bu təcrübəni tətbqi etmişik”- Xatuna Kvitsiani
bildirdi.
Görüşdə iştirak edən Xocorni ictimai məktəbinin gürcü dili müəllimi
Kamran Əfəndiyev bildirdi ki, nəticə əldə etmək üçün belə
araşdırmalar aparmaq və problemlərin həlli yollarını müzakirə etmək
mütləqdir.
“İllər ərzində bu proses birtərəfli aparılırdı. Biz, yerli sakinlər
yerində mövcud olan problemləri yaxşı bilirik. İndi bu barədə
ucadan danışmaq imkanımız var. Nəinki problemlər hətta onların
həlli yolları haqqında da danışa bilərik. Belə görüşlər gələcəkdə
də tez-tez keçirilməlidir ki, birlikdə həll yolları tapa
bilək”- Kamran Əfəndiyev bildirdi.
Vətəndaş İştirakı və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev
hesab edir ki, keyfiyyətli təhsilin əlçatanlığı kimi baza
problemlərə sistemli reaksiya göstərmək mütləqdir.
“İlk növbədə etnik azlıqların bu proseslərə birbaşa qoşulması və
görüşlər problemlərin müəyyən edilməsi üçün çox mühümdür.
Baxmayaraq ki, illərdir problemləri bilirik, dövlət çox sayda
araşdırmalarda qeyd edilmiş problemləri həll etmək üçün mühüm olanı
etmir.Məsələn, Dmanisidə 9 uşaq bağçası var. Ancaq heç biri etnik
azərbaycanlıların məskunlaşdığı kənddə deyil. Məsələn, Bolnisidə 12
bağça fəaliyyət göstərir. Əlbəttə, Kvemo Kartli miqyasında,
nepotizmlə başlamış təhsil keyfiyyəti ilə başa çatmış çox problem
var. Mən demirəm ki, yalnız gürcü dilinin keyfiyyəti aşağıdır,
ümumiyyətlə, təhsilin səviyyəsi aşağıdır.”
Qeyd edək ki, səfər çərçivəsində Kvemo Kartli regionunda yerləşən
məktəblərin direktorları, müəllimlər və Təhsil Resurs Mərkəzininn
rəhbərləri, eləcə də Marneuli bələdiyyəsində yerləşən peşə təhsil
müəssisələri, uşaq bağçaları bilriyi və yerli özünüidarə
nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər Milli Demokratik
İnstitut (NDİ) dəstəyi ilə keçirilib.