Marneulidə işlə təmin etmə forumu 2022 keçirilib
16 iyun tarixində Marneulidə “Marneuli kolleci” və “Marneuli İctimai Kollecinin” təşkilatçılığı ilə işlə təmin etmə forumu 2022 keçirilib. “Marneuli kollecinin” direktor müavini Sopio Qomelauri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, tədbirdə Marneuli və Bolnisinin biznes şirkətləri iştirak edirdilər.

“Marneuli meriyası və İşlə Təmin Etməyə Dəstək Dövlət Agentliyi bizim tərəfdaşımızdır. Təşkilatçılar Kvemo Kartli regionunda aparıcı biznes subyektləri dəvət etdik. Burada “TBC”, “Gorgia”, “Pharmadhepo”, “Aversi”, “Geo Hospitals” və s. təqdim olunub. Şirkətlər yerində forumda iştirak edən bütün könüllülərlə söhbət apardı. Ötən il də Marneuli kollecinin təşkilatçılığı ilə belə tədbir keçirildi və çox yaxşı nəticə əldə etdik. Təşkilatçılar iki kollecdir, ancaq iştirakçılar “Marneuli kolleci”, “Marneuli İctimai Kolleci”, “Modus” Dövlət Kollecinin Marneuli filialı və Marneuli Tibb Kollecidir”, – Sopio Qomelauri bildirdi.

“İşlə təmin etmə perpsktivi mümkün olan təşkilatları, bankları, tibb müəssisələrini dəvət etdik. Universitetin məzunlarına işlə təmin olunma imkanını göstərmək istəyirik. İşsizlik böyük problemdir. Tez-tez vakansiyalar olur, amma bu barədə məlumatları yoxdur. Bugünkü görüş hansı saytlarda vakansiyalar qoyulduğu, necə qeydiyyatdan keçməli olduqları barədə məlumatlandırmaya həsr edilmişdi. Hansı sənədləri təqdim etmək lazımdır, hansı prosedurları keçməlidirlər, sonradan söhbət proseduru var və s.”, – Marneuli İctimai Kollecinin direktoru Mahir Bayramov bildirdi.

Tədbirin məqsədi Marneuli və Bolnisidə işlə təmin etmə, eləcə də işlə təmin edən və işləmək istəyən şəxslərin ünsiyyət qurmasına dəstək olmaqdır.

Print Email
FaceBook Twitter Google