“Azadlıq üçün velotur” – Dmanisi, Bolnisi, Marneuli
19 iyun tarixində Kvemo Kartlidə “azadlıq üçün velotur” keçiriləcək. Fəaliyyətin məqsədi Avropa dəyərlərinin populyarlaşdırılması və Gürcüstanın Avro inteqrasiyasına dəstək göstərməkdir. Velotur marşrutu Kvemo Kartlinin 3 bələdiyyəsinin ərazisindən keçəcək:
  • Dmanisi;
  • Bolnisi;
  • Marneuli.
Velotur Dmanisidən, bazar ərazisindən başlayacaq. Mərkəzi yolla, Bolnisini keçməklə tur Marneulidə başa çatacaq.

“Rusiya tərəfindən Gürcüstanın işğalı və aqressiya yalnız avqust müharibəsi ilə əhatə olunmur. Müharibə bu gün də davam edir. Rusiyanın Ukraynaya hücumu və işğalı nəticəsində regionun geosiyasi vəziyyəti kifayət qədər gərgindir. Regionun ölkələri, həmçinin, Gürcüstan seçim və qərar qəbul etmə qarşısında qalıb. İctimaiyyət düzgün yolu seçir. Rus aqresiyasından imtina edən və avroatlantika inteqrasiyasının tərəfdarı olan yol”, – tədbirin izahatında yazılıb.

Tədbir CENN tərəfindən, Avropa İttifaqının dəstəklədiyi “Mülki cəmiyyətin inkluziv və yaşıl post-kovid bərpa üçün gücləndirilməsi” layihəsi çərçivəsində keçirilir.

Veloturun təşkilatçıları Həmrəylik Muzeyi, “Marneuli” radiosu, Mülki İştirak və Aktivizm Mərkəzidir.
Print