Kvemo Kartlinin üç bələdiyyəsində “Azadlıq üçün velotur” keçirilib
19 iyun tarixində Kvemo Kartlinin üç bələdiyyəsində “Azadlıq üçün velotur” keçirilib.

Tədbirin məqsədi Avropa dəyərlərinin populyarlaşdırılması və Gürcüstanın Avropaya inteqrasiyasına dəstək göstərilməsi idi. Velotur Dmanisi bələdiyyəsindən start götürüb.

40-40-a yaxın gənc bazar ərazisindən broşürlər paylamağa və əhali ilə Avropa seçimi haqqında danışmağa başlayıb. Mülki fəallar velosipedlərlə Dmanisi bələdiyyəsinin bir neçə kəndindən keçiblər.

Tədbir CENN tərəfindən, Avropa İttifaqının dəstəyi ilə “Mülki ictimaiyyətin inkluziv və yaşıl post-kovid bərpası üçün” layihəsi çərçivəsində keçirilib. CENN-nin nümayəndəsi Nana Takvarelia bildirdi ki, bu gün Gürcüstanın Avropa İttifaqına üzv olmasına dəstək göstərilməsi xüsusilə mühümdür.



“Fəal olaraq işləyirik ki, ictimaiyyətdə Avropa dəyərlərini təbliğ edək. Məsələn, iqtisadi davamlılıq, insan hüquqlarının müdafiəsi, bərabərlik və s. Düşünürük ki, bu prosesdə mülki ictimaiyyətin rolu mühümdür. Bizim layihəmiz iki regionda – Kvemo Kartlidə və Samtsxe Cavaxetidə məhz buna görə işləyir ki, yerli səviyyədə mülki ictimaiyyəti gücləndirək, onların demokratik iştirakını yaxşılaşdıraq”.

Dmanisidən sonra tur iştirakçıları Bolnisi bələdiyyəsinə gediblər və orada Avropaya inteqrasiyanın əhəmiyyətindən, demokratiya və Avropa dəyərlərindən söhbət açıblar.
Tədbirin təşkilatçılarından Elnur Əlisoy bildirdi ki, əhalinin Avropa dəyərləri barədə düzgün məlumatı olması mühümdür.


“Bu veloturla istəyirdik ki, bizim gənclər, mülki fəallar qeyri-dominant etnik və dini qrup nümayəndələrinə öz mövqeyimizi bildirək. Biz Gürcüstanın Avropaya inteqrasiyasını və Gürcüstanın Avropa İttifaqına üzv olmasını dəstəklədiyimizi təsvir etdik. Regionlarda, əsasən etnik azlıqların məskunlaşdığı kəndlərdə məlumat qıtlığı var. Onlar Avropaya inteqrasiyadan hansı faydanın gələcəyini bilmirlər”.




Elnur Əlisyo kimi veloturun daha bir təşkilatçısı Samirə Bayramova əhlinin məlumatlandırılmasını diqqətə yetirir. O, düşünür ki, yerli sakinlərin əksər halda yanlış təsəvvürü olur və onlara etibarlı məlumat vermək vacibdir.



“Əhali ilə gedib görüşmək çox mühümdür ki, onlara Avropa İttifaqına üzv olmağın niyə mühüm olduğunu izah edək. Kvemo Kartlidə Avropa ittifaqı çox layihə maliyyələşdirib və Avropa İttifaqına üzv olarsaq, bizi nə gözlədiyini göstərmək istəyirik. Kvemo Kartli kənd təsərrüfatı regionudur və müvafiq olaraq, əhalinin məhsulu daha yaxşı qiymətə satmaq imkanı olacaq”.

“Azadlıq üçün velotur” Marneulidə başa çatıb.


Tədbirin təşkilatçıları Samirə Bayramova, Elnur Əlisoy, Naşir Orduxanov, Tiko Davadze, Demokratiya keşikçiləri, Mülki İştirak və Aktivizm Mərkəzidir.
Print