Marneulili gənclərin sahibkarlıq layihəsi başlayıb. “Gənc
sahibkarlar kənd təsərrüfatı üçün” layihəsi 42 ay ərzində həyata
keçiriləcək. Layihəni MERCY CORPS-un Gürcüstandakı nümayəndəliyi
Avstriya İnkişaf Əməkdaşlığının (ADC) maliyyə dəstəyi ilə həyata
keçirir.
“Layihənin məqsədi 18-35 yaşlı gənclərin sahibkarlıq bacarıqları və
biliyini inkişaf etdirmək, kənd təsərrüfatı istiqamətində biznesə
dəstək, maliyyənin əlçatanlığı, bazar əlaqələrinin yaradılmasına
dəstək olmaqdır”, – sahibkarlıq proqramının seçim
ərizəsində qeyd olunub.
Layihədə iştirak etmək istəyən gənclər növbəti bir həftə ərzində
ərizə formasını doldura biləcəklər.
“Qeyd olunan ərizə forması sahibkarlıq işi ilə
maraqlanan, biznes ideyalarını həyata keçirmək istəyən və ya artıq
mövcud biznesini genişləndirmək istəyənlərə aiddir, iştirakçılar
iki günlük baza sahibkarlığı təlimlərində iştirak
edəcəklər”
Təlimlər keçdikdən sonra, ikinci mərhələdə 175 gənc öz biznes
ideyaları əsasında seçiləcəklər və onlara 7 günlük intensiv biznes
hazırlıq təlimləri keçirilcək. Layihənin son mərhələsində isə 50
biznes ideyası maliyyələşdiriləcək.
Layihə Gürcüstanın dörd regionu miqyasında həyata keçiriləcək:
- Kvemo Kartli: Rustavi, Marneuli, Bolnisi, Qardabani, Tetritskaro,
Tsalka;
- Samtsxe-Cavaxeti: Borjomi, Aspindza, Adigeni, Axaltsixe,
Axalkalaki, Ninotmsinda;
Şida Kartli: Qori, Kareli, Kaspi;
Mtsxeta-Mtianeti: Mtsxeta, Duşeti, Tianeti.