Marneulili gənclərin sahibkarlıq proqramına qəbulu başlayıb
Marneulili gənclərin sahibkarlıq layihəsi başlayıb. “Gənc sahibkarlar kənd təsərrüfatı üçün” layihəsi 42 ay ərzində həyata keçiriləcək. Layihəni MERCY CORPS-un Gürcüstandakı nümayəndəliyi Avstriya İnkişaf Əməkdaşlığının (ADC) maliyyə dəstəyi ilə həyata keçirir.

“Layihənin məqsədi 18-35 yaşlı gənclərin sahibkarlıq bacarıqları və biliyini inkişaf etdirmək, kənd təsərrüfatı istiqamətində biznesə dəstək, maliyyənin əlçatanlığı, bazar əlaqələrinin yaradılmasına dəstək olmaqdır”,
– sahibkarlıq proqramının seçim ərizəsində qeyd olunub.

Layihədə iştirak etmək istəyən gənclər növbəti bir həftə ərzində ərizə formasını doldura biləcəklər.

“Qeyd olunan ərizə forması sahibkarlıq işi ilə maraqlanan, biznes ideyalarını həyata keçirmək istəyən və ya artıq mövcud biznesini genişləndirmək istəyənlərə aiddir, iştirakçılar iki günlük baza sahibkarlığı təlimlərində iştirak edəcəklər”

Təlimlər keçdikdən sonra, ikinci mərhələdə 175 gənc öz biznes ideyaları əsasında seçiləcəklər və onlara 7 günlük intensiv biznes hazırlıq təlimləri keçirilcək. Layihənin son mərhələsində isə 50 biznes ideyası maliyyələşdiriləcək.

Layihə Gürcüstanın dörd regionu miqyasında həyata keçiriləcək:

- Kvemo Kartli: Rustavi, Marneuli, Bolnisi, Qardabani, Tetritskaro, Tsalka;
- Samtsxe-Cavaxeti: Borjomi, Aspindza, Adigeni, Axaltsixe, Axalkalaki, Ninotmsinda;
Şida Kartli: Qori, Kareli, Kaspi;

Mtsxeta-Mtianeti: Mtsxeta, Duşeti, Tianeti.

"Marneuli" Radiosu
Print