Marneulinin 74 məktəbində Qəyyumlar Şurası seçkiləri keçirilir
Bu gün, 20 iyun tarixində Marneuli bələdiyyəsinin ictimai məktəblərində Qəyyumlar Şurası seçkiləri keçirilir. Qəyyumlar Şurası təhsil müəssisələri idrəçiliyində mühüm bəndlərdən biridir.

Şura valideyn, pedaqoqlar şurası tərəfindən bərabər sayda, 3 il müddətinə seçilmiş ən az 6 və ən çox 12, orta pillə şagirdlər özünüidarəsinin seçdiyi 1 nümayəndədən təşkil olunur. 

Təhsil Resurs Mərkəzinin rəhbəri vəzifəsini icra edən Əli Qəhrəmanov “Marneuli” radiosuna bildirdi ki, Qəyyumlar Şurası seçkiləri Marneulinin 74 məktəbində saat 10:00-dan başlayıb. Proses sakit rejimdə davam etdirilir.


“Seçki məntəqələri bütün məktəblərdə açılıb və seçki saat 4-ə qədər davam edəcək. Sonra yekun protokollar “eschool” bazasına yüklənəcək. Bütün məktəblərdə sakitçilikdir. Problem yoxdur. 23 iyuna qədər yekun nəticələri yayımlanacaq”, – Əli Qəhrəmanov bildirdi.

Məktəblərdə seçkilər saat 16:00-da başa çatacaq. Qəyyumlar Şurasının əsas funksiyası direktor seçmək, büdcəni idarə etmək və daxili intizamı müəyyənləşdirməkdir.





Print Email
FaceBook Twitter Google