Tsereteli-Saimerlo istiqamətində hərəkət edən bələdiyyə avtobusu üçüncü gündür işləmir

Üç gündür ki, Tsereteli-Saimerlo istiqamətində hərəkət edən avtobus işləmir. Bələdiyyə avtobusu əhalinin hərəkət etməsi üçün yeganə ucuz vasitədir. Yerli sakinlərin sözlərinə görə, nəqliyyat sıradan çıxıb və ümid edirlər ki, tezliklər adi rejimə qayıdacaq.



“Marneuli” radiosu yerli özünüidarənin balansında olan nəqliyyat şirkətindən məlumatı dəqiqləşdirdi. Şirkət rəhbəri Qiqa Calağonia bildirdi ki, əhalinin yanlış məlumat var. Nəqliyyat sıradan çıxmayıb və o planlı baxışdan keçirilir. Calağonianın ehtimalına görə, nəqliyyat vasitəsi 22 iyundan hərəkətini bərpa edəcək.

“Saimerlo avtobusu sadəcə növbəti baxışdan keçirilmək üçün aparılıb və əgər səhv etmirəmsə, sabahdan artıq xəttə çıxacaq. Yağı dəyişdirilməlidir və bütün avtobuslar kimi yoxlayışdan keçirilir. Biz yoxlama aparmırıq, aparanlar edir”,
– Qiqa Calağonia bildirdi.

Qeyd edək ki, Tsereteli və Saimerlo kəndinə iki nəqliyyat şirkəti xidmət göstərir. Biri meriyanın balansındadır, digəri isə özəl nəqliyyat şirkətidir. Bələdiyyə avtobusunda gediş haqqı 0,40 tetri, özəl marşrutda isə 0,70 tetridir.

 

Print Email
FaceBook Twitter Google