Üç gündür ki, Tsereteli-Saimerlo istiqamətində hərəkət edən
avtobus işləmir. Bələdiyyə avtobusu əhalinin hərəkət etməsi üçün
yeganə ucuz vasitədir. Yerli sakinlərin sözlərinə görə, nəqliyyat
sıradan çıxıb və ümid edirlər ki, tezliklər adi rejimə
qayıdacaq.
“Marneuli” radiosu yerli özünüidarənin balansında olan nəqliyyat
şirkətindən məlumatı dəqiqləşdirdi. Şirkət rəhbəri Qiqa Calağonia
bildirdi ki, əhalinin yanlış məlumat var. Nəqliyyat sıradan
çıxmayıb və o planlı baxışdan keçirilir. Calağonianın ehtimalına
görə, nəqliyyat vasitəsi 22 iyundan hərəkətini bərpa edəcək.
“Saimerlo avtobusu sadəcə növbəti baxışdan keçirilmək üçün aparılıb
və əgər səhv etmirəmsə, sabahdan artıq xəttə çıxacaq. Yağı
dəyişdirilməlidir və bütün avtobuslar kimi yoxlayışdan keçirilir.
Biz yoxlama aparmırıq, aparanlar edir”, – Qiqa
Calağonia bildirdi.
Qeyd edək ki, Tsereteli və Saimerlo kəndinə iki nəqliyyat şirkəti
xidmət göstərir. Biri meriyanın balansındadır, digəri isə özəl
nəqliyyat şirkətidir. Bələdiyyə avtobusunda gediş haqqı 0,40 tetri,
özəl marşrutda isə 0,70 tetridir.