Biz də Gürcüstan azərbaycanlıları olaraq bütün Gürcüstanla birlikdəyik – Samirə Bayramovanın “Evə, Avropaya doğru” aksiyada çıxışı (VİDEO)
Bu gün, 24 iyun tarixində Rustaveli prospektində “Evə, Avropaya doğru” aksiya keçirilir. Aksiyada deoliqarxizasiya tələbləri və Gürcüstanı Avropa ittifaqına üzvlüyə namizədliyi barədə söhbət açılıb.

Çoxsaylı çıxış edənlər arasında Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova da var idi.

“Sizi salamlayıram. Çox sevinirəm ki, bu gün bütün Gürcüstan buradadır və Kvemo Kartli də həmçinin, Gürcüstandır, mən də buradayam. Mən Gürcüstan azərbaycanlısıyam, həmçinin, mən də Avropalıyam. Mənim ad və soyadıma görə qorxursunuz? Məncə xeyr, amma bu hökumət və bu zorakı sistem qorxur. Mən Gürcüstandan ilk siyasətçi, müsəlman qadın olan Pərixanım Sofiyevanın nəvəsiyəm. Mən İkinci Ereklenin ən yaxın dostu olan Xudu Borçalının nəvəsiyəm. Biz birlikdə güclüyük. Nə mən, nə də bu ölkədə yaşayan etnik azərbaycanlılar və ya etnik azlıqlar deyil, Rusiya həmişə Gürcüstana nifaq salır. Necə mənim əcdadlarım Gürcüstanın ən əməksevər, cəsarətli vətəndaşları idi, eləcə də mən həmişə sizinləyəm. Onlar Gürcüstanın sadiq vətəndaşları idilər və bu gün ona görə buradayam göstərim ki, biz də, Gürcüstan azərbaycanlıları da bütün Gürcüstanla birlikdəyik. Dostlar, həmişə müxtəlif qrupların nifrət dilinin obyektinə çevrilirəm. Çünki Davit Qareci məsələsində məni günahlandırırlar. Ancaq mən Gürcüstan vətəndaşıyam. Bəli, azərbaycanlıyam, amma başqasına deyil sizə aidəm. Siz bu problemin həllini hökumətdən tələb etməlisiniz, çünki bütün bunlar onların problemidir. Biz birlikdə güclüyük”, – Samirə Bayramova.

Gürcüstan Avropa İttifaqına namizədlik statusu qazana bilmədikdən sonra Gürcüstan Parlamentinin qarşısında aksiyalar planlaşdırıldı. Gürcüstana Avropa İttifaqına namizədlik statusu qazanmaq üçün islahatları həyata keçirməyə 6 ay müddət veriblər.


"Marneuli" Radiosu
Print