Baş vermiş bədbəxt hadisəyə görə öz dərin kədərimi bildirirəm – Kənan Ömərov Marneulidə baş vermiş hadisə barədə
Marneuli meri Kənan Ömərov 26 iyun tarixində Marneuli şəhərinin Nərimanov küçəsində baş vermiş hadisəyə münasibət bildirib.

Mer Nərimanov küçəsində yaşayış binasının iki eyvanının uçması nəticəsində həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verib. 

Ömərov öz rəsmi "Facebook" səhifəsində paylaşım edib. O, baş vermiş hadisədın kədərləndiyini vurğulayıb. 

Kənan Ömərovun paylaşımını olduğu kimi təqdim edirik: 

"Marneuli şəhərində yaşayış binasının eyvanının uçması nəticəsində baş vermiş bədbəxt hadisəyə görə öz dərin kədərimi bildirirəm. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə şəfa diləyirəm."

Məlumat üçün bildirək ki, Marneuli şəhərinin Nərimanov küçəsində yaşayış binasının iki eyvanının uçması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Həyatını itirənlərdən biri 27 yaşlı hamilə qadındır. 

Xəsarət almış 8 yaşlı uşaq Marenulidəki "Geo-Hospitals" klinikasına aparılıb. Klinikanın nümayəndəsinin "Marneuli" radiosuna bildirdiyinə görə, xəstənin çoxsaylı sınıqları var və Tbilisiyə, xüsusi klinikaya yerləşdirirlər.

Hadisə axşam saatlarında baş verib.


Print Email
FaceBook Twitter Google