Doxturişvilinin sözlərinə görə, eyvanları uçan binanın sakinlərindən meriyaya məktub daxil olmayıb
Marneulidə, Nərimanov küçəsi 1 ünvanındakı binada iki eyvanın uçması nəticəsində iki qadın dünyasını dəyişib. Bununla bağlı ilk şərhi Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili verib. Onun sözlərinə görə, meriyaya həmin binanın qəzalı vəziyyətdə olması ilə bağlı sakinlərdən məktub daxil olmayıb.

“İlk növbədə dünyasını dəyişənlərin ailələrinə başsağlığı vermək istəyirəm. Xoşbəxtlikdən uşaqları xilas etmək mümkün olub və onların vəziyyəti qənaətbəxşdir. Binanın qəzalı vəziyyətdə olması ilə bağlı meriyaya məktub daxil olmayıb. Bu ictimai məlumatdır, asan şəkildə yoxlamaq mümkündür”,
– qubernator bildirib.

Parlamentin Marneuli və Qardabani seçki dairəsindən seçilmiş majoritar deputatı Zaur Darğallı bildirib ki, onun birillik merliyi dövründə bina sakinləri tərəfindən ərizə verilməsini xatırlamır. Nə şifahi, nə də yazılı müraciət olunmayıb.

“Həmin bina ilə əlaqədar olan yeganə fakt var idi. Biz həmin binada dam örtüyünü dəyişməyi planlaşdırırdıq. Tender elan etdik, tender baş tutdu. Ancaq bina əhalisi su çənlərinin sökülməsindən imtina etdilər. Buna görə dam örtüyünü dəyişmədik. Yalnız bu faktı qeyd edə bilərəm”, – Zaur Darğallı bildirdi.

Marneulidə, 26 iyun tarixində axşam saatlarında beşmərtəbəli binanın mənzillərindən ikisinin eyvanının uçması nəticəsində 2 nəfər dünyasını dəyişib. Sakinlər media ilə söhbətiləri zamanı bildirirdiklərinə görə, onlar meriyaya binanın qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə müraciət ediblər.

Bu müraciətin hansı formada edilməsini sakinlər hadisə yerində olan zaman konkret qeyd etmədi.

Hadisə nəticəsində iki qadın dünyasını dəyişib. İki azyaşlı uşağın vəziyyəti isə stabil ağırdır.

Print Email
FaceBook Twitter Google