"Qubernatora sığınmış mer" - özünüidarə araşdırmaçısı faciə zamanı aşkarlanmış sistem problemləri barədə
26 iyun tarixində Marneulidə baş vermiş faciədən sonra mətbuata ilk rəsmi müsahibə 17 saatdan sonra verildi.

Bələdiyyə meri Kənan Ömərov yalnız "Facebook" səhifəsində bəyanatını yayımlayıb və dünyasını dəyişənlərin ailələrinə başsağlığı vermişdi. Marneuli sakinlərinin suallarına Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili və Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı cavablandırıb. Marneuli meri Kənan Ömərov, Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, onun müavinləri, digər yerli hakimiyyət nümayəndələri Doxturişvili və Darğallının çıxışını kənardan müşahidə edirdilər. Yerli özünüidarə məsələləri üzrə araşdırmaçı Maqda Popiaşvili meriyanın bu hərəkətini utancverici hesab edir.

“Qrupda kiçik oğlanlarla məsələni həll etməyə böyük dostları aparırlar, qubernatora sığınmış mer təxminən belə təəssürat yaratdı. Bu çox utandırıcı hərəkət idi. Bundan əlavə, qubernatorun öz səlahiyyətləri var və bu səlahiyyətlərin bələdiyyə ilə heç bir əlaqəsi yoxdur. Yerli özünüidarə sadəcə məsuliyyətsiz hərəkət etdi. Onun deməli olduğu sözü ondan daha yüksək vəzifəli məmura dedizdirmək səhv hərəkət idi. Guya bu məsələni daha çox inandırıcı edəcəkdi”,
- Maqda Popiaşvili bildirdi.

Araşdırmaçının sözlərinə görə, məsələyə kimi qoşsalar da, nə etsələr də, meriya məsuliyyətdən qaça bilməyəcək. Buna səbəb olaraq bir neçə məsələni qeyd edir. Yerli özünüidarə ona qədər bu məsələlərin həllinə müdaxilə etməlidir. O, düşünür ki, 26 iyun faciəsindən sonra edilmiş şərhlər hakimiyyəti məsuliyyətdən azad etmir.

“Vətəndaş yaşadığı binanın vəziyyətini dəqiq bilmək məcburiyyətində deyil. Əhali tərəfindən ərizə verilməsə də, bu meriyanı məsuliyyətdən azad etmir. Meriyanın müvafiq xidmətləri və məsuliyyətli şəxsləri məhz bu öhdəliyi daşımaq üçündür. Bu vətəndaşın öhdəliyi deyil. Ola bilsin, vətəndaş hara müraciət edəcəyini də bilmir. Vətəndaşların böyük qismi bələdiyyə ilə münasibət qurma formalarını bilmir. Bu bizim problemimizdir. Meriyanın əhali ilə işləmədiyi çox məsələ var və bu gün tələb edirlər ki, problemin həllində niyə fəal deyildiniz, sən nə zaman, necə müraciət edəcəklərini öyrətdin? Hansı tərəfdən baxsaq, meriyanın problemidir və onların yerinə yetirmədiyi iş məsələsi ortaya çıxır. Əgər bu məsələ belə bitsə və məsuliyyətli şəxs, qurum araşdırılmasa, reaksiya göstərilməsə, o zaman, sabah ya biri gün hər hansı başqa bələdiyyədə də belə faciələr təkrar oluna, heç kim məsuliyyət daşımaya bilər”, -
Maqda Popiaşvili bildirdi.

26 iyun tarixində, Marneuli şəhərində yaşayış binasının iki eyvanının uçması nəticəsində iki nəfər dünyasını dəyişib və üç nəfər xəsarət alıb. Eyvanların uçmasına nə səbəb olub və kimsə məsuliyyətə cəlb olunacaqmı - bunu ekspertiza müəyyən edəcək. Ona qədər isə Marneuli meriyası yanız müvəqqəti olaraq ailələrin mehmanxanaya yerləşdirilmə xərclərini ödəmək öhdəliyini üzərinə götürüb.

Print Email
FaceBook Twitter Google