Marneuli İctimai Kitabxanasında yerləşən Amerika Guşəsi iyulda
kimya, biokimya və biologiya ilə maraqlanan gəncləri layihədə
iştirak etməyə çağırır. Bu barədə İctimai Kitabxananın "Facebook"
səhifəsində məlumat yayımlanıb. Məlumatda deyilir ki, kurs
müddətində şagirdlər özləri reaksiyalar keçirə bilərlər.
“Əgər 15-16 yaşında gəncsinizsə, kimya, biologiya, biokimya ilə
maraqlanırsınızsa, o zaman bu layihə sizin üçündür. Marneulindəki
Amerika Guşəsi 4 iyuldan 8 iyula qədər beşgünlük kurs təklif
edir.
Kurs ərzində şagirdlər özləri reaksiyalar keçirə biləcək, şəbəkədə
işləyə, tapşırıqlar həll edə, kimya-biologiyanı yüksək səviyyədə
öyrənə biləcəklər”, — "Facebook" paylaşmında qeyd
olunub.
Gənclər paylaşımın altında qeyd olunmuş linkdə qeydiyyatdan keçə
bilərlər.
"Marneuli" Radiosu