Meriya pis hava şəraitindən xarab olmuş bayrağın dəyişdirilməsinə 1050 lari xərcləyib
Marneuli meriyası Gürcüstan milli bayrağını 1050 lariyə alıb.

Bir ay əvvəl şəhərin girişində asılmış bayraq külək nəticəsində xarab olub və yerli özünüidarə sadələşdirilmiş qaydada yeni bayraq almağa qərar verib. Marneuli meri Kənan Ömərova büdcədən pul ayrılması üçün meriyanın maddi-texniki təminat şöbəsinin rəhbəri Besik Sexniaşvili müraciət edib.

"Xatırladım ki, 25 iyunda fırtına nəticəsində Marneuli şəhərinin girişində asılmış Gürcüstan bayrağına ziyan dəyib. Buradan irəli gələrək, bayır üçün nəzərdə tutulmuş, ikitərəfli təsviri olan (4x6-ölçüsündə) yeni bayrağın alınmasına ehtiyac var.

Xahiş edirik, müvafiq xidmətə alqı-satqı ilə əlaqədar, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırığı verəsiniz".

Bələdiyyə bayrağı "Brendhand" MMC-dən alıb. Marneuli yerli özünüidarəsi 20 metrlik bayrağı 26 may tarixində, Müstəqillik Günündə şəhərin girişinə asmışdı.

Bayraq Marneulinin girişində, "Gürcüstan hər şeydən əvvəl" lövhəsinin ərazisində ucaldılmışdı. Marneuli meriyası bayrağın ucaldılması üçün 13 585 lari xərcləmişdi.

Print Email
FaceBook Twitter Google