Marneulidə orta yaşlı kişi güllələnib.
Hadisə bu gün, 19:00 radələrində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, insident Marneulidə yerləşən
restoranların birinin həyətində baş verib. İnsident nəticəsində
yaralanan şəxs boğaz və bel nahiyəsindən güllə yarası alıb. Yaralı
xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün
olmayıb.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin iki - 108-ci və 236-cı
maddələri ilə istintaq aparılır. 108-ci maddə qəsdən adam
öldürməni, 236-cı maddə isə odlu silahın (ov tüfəngindən başqa),
döyüş sursatlarının, partlayıcı maddələrin və ya partlayıcı
qurğuların qanuna zidd şəkildə əldə edilməsi, saxlanılması,
daşınması, hazırlanması, bir yerdən başqa yerə aparılması,
göndərilməsi, yaxud istifadəyə verilməsini nəzərdə tutur.