Bu gün biz Avropa yolu üçün birləşmiş Gürcüstandayıq – Kamran Məmmədlinin “Evə, Avropaya doğru” aksiyada çıxışı
3 iyul tarixində Rustaveli prospektində “Evə, Avropaya doğru” aksiya keçirilib.

Aksiyada "Gürcü Arzusunun" Gürcüstanın Avropaya inteqrasiyası yolunda atdığı addımların düzgün olmamasından və eləcə də Aİ-yə üzv statusunun alınmasının Gürcüstan üçün əhəmiyyətli olacağından danışılıb.

"Çoxsaylı çıxış edənlər arasında mülki fəal və “Salam” gənclər platformasının üzvü Kamran Məmmədli də olub. 

"Bu gün, bizim burada dayanıb etiraz etməyimiz olduqca mühümdür. Həmçinin, burada iki səbəbə görə dayandığımızı xatırlamalıyıq. Birinci – “Gürcü Arzusu”-nun Avropaya inteqrasiya yolunda etdikləri səhvlərdir. İkinci isə Rusiyanın Ukraynadakı ədalətsiz, aqressiv müharibəsidir. Rusiyadan danışan zaman bilməliyik ki, bir müddət əvvəl bizim aramızdakı adamlar bizi Rusiyanın iki cür olmasına inandırmaq üçün məqsədyönlü şəkildə, xüsusilə işləyirdilər. Guya Putin Rusiyası elə də pis deyil, guya 2008-ci il müharibəsini Rusiya deyil, Gürcüstan başlayıb. Təəssüf ki, bizim passivliyimiz, nihilizmimiz, hərəkətsizliyimizin nəticəsində onlar qismən məqsədlərinə nail olublar. Bu gün isə həmin adamlar bizi iki cür Gürcüstanın olmasına inandırmağa çalışırlar. Bir tərəfdə Avropa və bərabərlik bayraqlarını yandıran Gürcüstan var. Digər tərəfdə isə Avropaya tələsən Gürcüstan dayanır. Yaxşı müşahidə etsəniz, bizim reallığımızda çox sayda problem, yoxsulluq olduğunu görərsiniz. Bizim reallığımızda insanların layiqli gəliri yoxdur. Ancaq biz bu gün Avropa üçün, ədalət, bərabərlik üçün mübarizə aparırıq. Mən ədalətli, rəngarəng olacaq Gürcüstan istəyirəm. Mən düşünürəm ki, biz, Gürcüstanın 99% əhalisi, xalqımız oyaq və ehtiyatlı ola bilərik. Yalnız bir Gürcüstanın olduğunu deyə bilərik. Həmin Gürcüstanda rəngarənglik, ədalət, yoxsul, təcrid edilmiş, səsi əlindən alınmış adamlara qarşı həmrəylik var. Bu gün biz Avropa yolu üçün birləşmiş Gürcüstandayıq. Mən hiss edirəm, biz bu gün bir-birimizə həmrəy ola bilərik. Biz layiqli maaş olan, insanların onlara uyğun olan mühitdə yaşaya biləcəyi yeganə Gürcüstan qurmaq istəyirik. Əgər haradasa, kimsə yoxsulluğa görə, zorakı hərəkatlara qoşulursa, fikrimcə, bu mənim hərəkətsizliyimin nəticəsidir. Əgər haradasa etnik azlıq nümayəndəsi olan uşağın uşaq bağçası yoxdursa, düşünürəm, bu bizim, hamımızın hərəkətsizliyimizin nəticəsidir. Əgər kimsə qaçqın olduğuna və ölkənin onu layiqli yaşayış yeri ilə təmin edə bilməməsinə görə həyatını intiharla başa vurursa, bu bizim hamımızın məsuliyyəti, günahıdır.

Dostlar, əgər siz də mənim hiss etdiklərimi hiss edirsinizsə, əgər siz də mənim gördüklərimi görürsünüzsə, siz də bu ədalətsiz, bizi alçaldan sistemə son qoymaq istəyirsinizsə, gəlin birlikdə dayanaq və kiminsə bizə iki Gürcüstan olduğunu, bizim ikiyə bölünə biləcəyimizi, bir-birimizə müxtəlif adlar verə biləcəyimizi deməsinə icazə verməyək. Gəlin birlikdə dayanaq və həmrəylik üçün mübarizə aparaq. Həmrəyliyə əsaslanan Gürcüstan quraq. İrəli- Avropaya doğru, evə - Avropaya doğru. Sağ olun."


Gürcüstan Avropa İttifaqına namizədlik statusu qazana bilmədikdən sonra Gürcüstan Parlamentinin qarşısında aksiyalar planlaşdırıldı. Gürcüstana Avropa İttifaqına namizədlik statusu qazanmaq üçün islahatları həyata keçirməyə 6 ay müddət veriblər.



Print Email
FaceBook Twitter Google