Marneuli İctimai Kitabxanasında səyyar sərginin dördüncü tədbiri keçiriləcək
5 iyul tarixində, saat 13:00-da Marneuli bələdiyyəsinin İctimai Kitabxanasında səyyar sərginin dördüncü tədbiri keçiriləcək.

Sərgidə Ana Barcadze, Keyt Mixaylova, Polina Koçkina, Mariam Tinikaşvili, Aleksandra Koxani, Cudit Meyer, Ana Qabisiani, Qiorqi Kikoria, Natalia Qolubenko, Samirə Əhmədova, Qiorqi Arzyan, Hana Kuk, Ana Qurianova, Olya İvanenko, Filip Polivan, Pia Ribnikari, Vera Kiriteşeva, “SVAYA” qrupu iştirak edəcəklər.

Bu barədə “Facebook” səhifəsində məlumat yayımlanıb. Məlumatda deyilir ki, sərgidə təqdim olunacaq qrup və fərdi layihələr ictimai məkanlara, sərhədlərə, bədənin dərk edilməsinə, müxtəlif sosial qrupların və təcrübələrin təqdim edilməsinə münasibət bildirir. Hər bir əl işində ictimai məkanın əlçatanlığı mövzusu kifayət qədər böyük rol oynayır.

Tədbir çərçivəsində görkəmli rəssam Dina Oqanova ilə söhbət baş tutacaq. O, əsasən Gürcüstanda və keçmiş Sovet İttifaqı ölkələrində özünün uzunmüddətli layihəsi üzərində işləyir. Dina 20 ildən artıqdır, dünyanın bir çox aparıcı müsabiqələrində qalib gəlib və onun əl işləri dünyada çox ölkələrdə təqdim olunub.

Üç günlük tədbir eləcə də vorkşopdan ibarət olacaq. Orada işlədilmiş kağızdan necə yeni vərəq düzəldə biləcəyinizi öyrənəcəksiniz.

“Adsız Tbilisi” 2021-ci ilin 4 ayı ərzində ukraynalı və alman tərəfdaş təşkilatlarla birlikdə Almaniya Federativ ofisinin, "Responsibility and Future Future" (EVZ) Fondunun dəstəyi ilə hibrid təhsil layihəsini həyata keçirib.

Vorkşopda iştirak etmək istəyənlər 595467140 nömrəsinə zəng vura bilərlər. Layihənin dəstəkçisi Henrix Böll Fondunun Tbilisi ofisi – Cənubi Qafqaz Regionudur.

"Marneuli" Radiosu
Print