Meriya kəndə dəstək proqramı üçün işlərin smeta sənədlərini birbaşa qayda ilə alıb
Marneuli meriyası kəndə dəstək proqramını həyata keçirmək üçün bir neçə kənddə işlərin smeta sənədlərini birbaşa qayda ilə alıb və ümumilikdə 33 298 lari ödəyib. Meriya “Project Company” MMC ilə sadələşdirilmiş qaydada müqavilə bağlayıb.

Təşkilat bələdiyyəyə 3550 lariyə Marneulinin 3 kəndində yollara beton qatının çəkilməsi, 5 kənddə yollara çınqıl tökülməsi və 2 kənddə körpünün qurulması/bərpası işlərinin smeta sənədlərinin hazırlanmasına vəd verib.

“Merkuri +” MMC-nin 9 kənddə qəbirtsanlıqlara hasar çəkilməsi və qəbirtsanlıq ərazisində ayaqyoluların tikilməsi işlərinin smeta sənədləri yerli özünüidarəyə 4200 lariyə başa gəlib.

19 kənddə müxtəlif növ tikililərin və parkların qurulması/bərpası işlərinin smeta sənədləri də “Merkuri +”- dan alınıb və 8 240 lari ödənilib.

Marneuli meriyası kəndə dəstək proqramı çərçivəsində Marneuli bələdiyyəsinin 10 kəndində içməli və suvarma suyu sisteminin bərpası, suvarma kanalının dəmir-beton işlərinin smeta sənədlərini “Vektor – Studio+” MMC-dən alıb, 3350 lari ödəyib.

Marneuli bələdiyyəsi 30 kənddə küçə işıqlarının quraşdırılması işlərinin smeta sənədlərinin alınması üçün daha bir sadələşdirilmiş müqavilə bağlayıb və “J-arki” MMC-yə 14 018 lari ödəyib.

Marneuli yerli özünüidarəsi 2022-ci ilin fevralında, 10 ay ərzində Marneulinin 77 kədində kəndə dəstək proqranı çərçivəsində görüşlər keçirib. Kəndə dəstək proqramı çərçivəsində Marneuli bələdiyyəsində ümumilikdə 78 infrastruktur layihəsi maliyyələşdirilib. Bələdiyyənin hər bir kəndinə əhali sayına görə 10 000-dən 20 000 lariyəq qədər pul ayrılıb.

Yerli özünüidarənin məlumatına görə, kəndə dəstək proqramı çərçivəsində Marneulinin 30 kəndində küçə işıqlarının quraşdırılması, 8 kənddə yollara çınqıl tökülməsi/bərpası, 9 layihə qəbirstanlıqların hasarlanması, yenidən qurulması nəzərdə tutulub. Dörd kənddə içməli su sisteminin bərpasını dəstəkləyiblər. 2 kənddə dayanacaqlar quraşdırılacaq. 10 kənd parkın qurulması/bərpası layihəsini, 6 kənd suvarma və kanalizasiya sisteminin qurulmasını, 7 kənd idman meydançasının qurulmasını, 2 kəndin əhalisi isə körpünün qurulmasına qərar verib.


Print Email
FaceBook Twitter Google