Milli Qida Agentliyi Şərqi Gürcüstanda çəyirtkələrə qarşı tədbirlər
aparır.
“Bitkilərin qorunması və fitosanitar etibarlılıq”
dövlət proqramı çərçivəsində Kvemo Kartli, Şida Kartli,
Msxeta-Mtianeti və Kaxeti bölgələrində xüsusi texnikadan istifadə
edərək 25 hektara qədər torpaq sahəsində işlər aparılıb.
Marneuli bələdiyyəsində də dərmanlama işləri aparılır. Milli Qida
Agentliyinin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula
Liparteliani
“Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, illərdir mövsümdə Marneuli bələdiyyəsində bu kimi
işlər aparılır. May ayından avqust ayına qədər zərərli
çəyirtkələrin çox sayda qeydə alındığı əraziləri
dərmanlayacaqlar.
“Bu dövlət proqramı ilə nəzərdə tutulub və işlər
başlayana qədər monitorinq, qiymətləndirmə aparılır. Bundan sonra
yerli özünüidarə ilə razılaşma olur. Əhaliyə mesaj göndərilir və
bizim əməkdaşlar xüsusi qurğu vasitəsilə ərazini dərmanlayırlar.
Vəziyyət ümumiyyətlə nəzarət altındadır. Bu il çəyirtkələrin bizi
narahat etməməsindən irəli gələrək, indi əraziyə uyğun işlərə
başlanılıb”, – Miranqula Liparteliani bildirdi.
Çəyirtkələrə qarşı tədbirlər nəticəsində zərərvericilərin sayı və
müvafiq olaraq kənd-təsərrüfatı bitkiləri, yaşıl örtüyə ziyan dəymə
faktları da azalır.
Şərqi Gürcüstanda, əsasən, təhlükəli zərərverici İtaliya çəyirtkəsi
yayılıb. Bu həşəratlar kənd təsərrüfatı bitkilərinə ziyan vurur,
yaşıl örtüyü məhv edir.